|
WESTERN UNION
«AZƏRİQAZBANK» Səhmdar İnvestisiya Bankı dünyada tanınmış
«WESTERN UNION» Amerika şirkəti ilə bilikdə dünyanın istənilən
nöqtəsinə tez pul köçürmə əməliyyatlarını həyata keçirir.
«WESTERN UNION» şirkəti 1871-ci ildən müasir rabitə və
informasiyanın işlənməsi vasitələrindən istifadə etməklə pul köçürmələri
ilə məşğul olur. Şirkət tərəfindən tətbiq edilən ən yeni texnologiyalar pulun
bir neçə dəqiqə ərzində istənilən məsafəyə göndərilməsinə imkan
verir. Hər bir köçürmə pulun yalnız Sizin göstərdiyiniz
şəxsə ödəniləcəyinə zəmanət verən dünya səviyyəli etibarlı təhlükəsizlik
sistemi ilə müdafiə olunur.
«WESTERN UNION» beynəlxalq pul köçürmə sistemi
dünyanın təxminən 180 ölkəsində fəaliyyət göstərir və demək
olar ki, 80 000 xidmət məntəqəsinə malikdir.
«WESTERN UNION» sistemi ilə köçürmələr fiziki
şəxslər arasında həyata keçirilir və qeyd etmək lazımdır ki, nə pulgöndərənin,
nə də pulalanın bank hesabının olması məcburi deyildir. Köçürmə
vaxtı – 5 dəqiqədir. Xarici valyutanın köçürülməsi/ödənməsi
üzrə əməliyyatlar Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə
uyğun olaraq aparılır.
PUL VƏSAİTİNİN GÖNDƏRİLMƏSİ VƏ ALINMASI ZAMANI PUL KÖÇÜRMƏLƏRİNİN RƏSMİLƏŞDİRİLMƏSİ
Bunun üçün Siz «AZƏRİQAZBANK»ın şöbəsinə
gəlməli, Sizin şəxsiyyətinizi təsdiq edən sənədi təqdim etməli və «Pul
göndərilməsi/alınması üçün» blankı doldurmalısınız.
Köçürmə zamanı pulgöndərən, pul alma zamanı isə pulalan
şəxsiyyəti təsdiq edən sənəd (pasport, sürücülük vəsiqəsi,
hərbi bilet) təqdim etməlidir.
PULGÖNDƏRƏN pul göndərilməsi üçün blankı
doldurur, köçürülən məbləği qeyd edir və xidmət haqqını
mövcud tarifə əsasən ödəyir.
Blankda pulgöndərən aşağıdakıları göstərir:
-
pul köçürməsinin göndərildiyi şəhər və ölkə;
-
ABŞ dolları ilə məbləğ yazı və rəqəmlə;
-
pulalanın tam adı;
-
özünün tam adı;
-
öz telefon nömrəsi;
-
özünün yaşadığı ölkə və şəhər;
-
yoxlama sual və pulgöndərənin arzusu ilə ona cavab.
Blank pulgöndərənin şəxsi imzası ilə təsdiq edilir.
PULALAN pulun alınması üçün blankı doldurur və orada aşağıdakıları göstərir:
-
özünün tam adı;
-
öz ünvanı və telefonu;
-
gözlədiyi məbləği;
-
pulgöndərənin tam adı;
-
pulgöndərənin telefon nömrəsini (əgər bilirsə);
-
pulgöndərənin yaşadığı ölkəni və şəhəri;
-
köçürmənin onrəqəmli yoxlama nomrəsini.
Blank pulalanın şəxsi imzası ilə təsdiq edilir.
|