17:51
16:51
13:51
08:51
22:51
 
Baki Moskva London Nyu-York Tokio
Filiallar
Western Union
Depozitlər
   
 
 
   VİZİT KARTI
   İNKİŞAF TARİXİ
   BANKIN MİSSİYASI
   RƏHBƏRLİK
   BANKIN STRUKTURU
   SƏHMDAR KAPİTALININ STRUKTURU
   AUDİT HESABATI
   FİLİALLAR
   BİZİM PLANLARIMIZ
   AGBANKIN SƏHMLƏRİ
   BİZİM LAYİHƏLƏRİMİZ
   EMİSSİYALAR
   PARTNYORLAR
   PRESS-RELİZLƏR
   
 
 
 

Adi səhmlər

İmtiyazlı səhmlər İstiqrazlar

İMTİYAZLI SƏHMLƏR

Səhm onu buraxan və cəmiyyətin gəlirinin bir hissəsini dividentlər şəklində almaq hüququ verən səhmdar cəmiyyətinin kapitalında onun sahibinin iştirakını təsdiq edən qiymətli kağızdır. Səhm həmçinin səhmdar cəmiyyətinin işlərinin idarə edilməsində iştirak etmək hüququ verir.

Sahib olmaq qaydasından (legitimlik üsulundan) asılı olaraq səhmlər imtiyazlı səhmlərə və təqdim edənə səhmlərinə bölünür. Hüquqların həcmindən asılı olaraq səhmlər adi və imtiyazlı səhmlərə bölünür. İmtiyazlı səhmlər adətən qabaqcadan müəyyənləşdirilmiş faiz şəklində gəliri ilk növbədə almaq, eləcə də səhmdar cəmiyyətinin ləğv edildiyi halda, onun əmlakının bölüşdürülməsində iştirak etmək hüququ verir İmtiyazlı səhmlər şirkətin işlərinin həllində səsvermə hüququ vermir. Onların buraxılışı hesabına səhm kapitalının nisbətən kiçik hissəsi səfərbər edilir.

06.02.2002

Müşahidə Şurasının 06 fevral 2002-ci il ( protokol N 112 ) tarixli qərarları ilə Bankın Nizamnamə kapitalı 9000,0 mln.manatdan 12000,0 mln.manata qaldırılmışdır. Bankın Nizamnamə kapitalının qaldırılması məqsədi ilə Müşahidə Şurasının protokolunda səhmlərin on üçüncü buraxılışının emissiyası qərara alınmışdır. Səhmlər haqqında məlumat:

- imtiyazlı, adlı,sənədləşdirilməmiş
- emissiyanın məbləği 3000,0 milyon manat
- 300000 ədət
- nominal dəyəri 10,0 min manat
- sıra nömrələri - 0000001 - 0300000
- yerləşdirilmənin başlama tarixi - 13 fevral 2002-ci il
- yerləşdirilmənin qurtarma tarixi - 13 avqust 2002-ci il
- səhmlərin məbləği nəğd və nəğdsiz yolu ilə ödənilir
- gəlir rüblük ödənilir
- səhmlər Bankın təsərrüfat fəaliyyətinin nəticələrindən asılı olmayaraq öz sahiblərinin səhmin nominal dəyərinin illik 12% həcmində gəlir almasına təminat verir, lakin sahiblərinə Bankın işlərinin idərə olunmasında istirak etmək hüququ vermir, habelə onlara Bankın ləğvindən sonra qalan əmlakın hissəsini almaqda başka səhmdarlara nisbətən üstünlük hüququ verir.

Səhmlərin on üçüncü buraxılışı haqqında qərar və emissiyasının prospekti Azərbaycan Respublikasinin Prezidenti yaninda Qiymətli Kağizlar üzrə Dövlət Komitəsinin tərəfindən 14 fevral 2002-ci il tarixində qeydə alınmışdır, dövlət qeydiyyat nömrəsi - 1077 və 1473. Ümumi məbləği 3000,0 milyon manat və nominal dəyəri 10,0 min manat olan səhmlər 12 mart 2002-ci il tarixində Azərbaycan Respublikasinin Prezidenti yaninda Qiymətli Kağizlar üzrə Dövlət Komitəsinin tərəfindən şəhadətnaməyə əsasən qeydə alınmışdır. (qeydiyyat N1020097B). 24 iyul 2002-ci il tarixinə səhmlərin on üçüncü buraxılışının emissiyası başa çatdırılmışdır və 05 avqust 2002-ci il tarixində emissiyasının nəticələri barədə hesabat Azərbaycan Respublikasinin Prezidenti yaninda Qiymətli Kağizlar üzrə Dövlət Komitəsinin tərəfindən qeydə alınmışdır. (qeydiyyat N1020097BH). Bankın Nizamnamə kapitalı 12000,0 mln.manat təşkil etmişdir. On üçüncü emissiyanın nəticəsində nominal dəyəri 10000 manat 300000 səhm buraxılmışdır.

14.02.2002
"AZƏRİQAZBANK" Səhmdar İnvestisiya Bankı 14 fevral 2002-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Qiymətli Kağızlar Komitəsində imtiyazlı səhmlər üzrə emissiya prospektini qeydiyyata almışdır. Hazırda Bank Azərbaycanda belə qiymətli kağızlar buraxan az qism səhmdar cəmiyyətlərindən biridir. 12 mart 2002-ci il tarixində Bank baş tutmuş emissiya, yəni emissiya edilmiş səhmlərin ümumi həcminin 50 faizinin yerləşdirilməsi barədə təsdiqedici məlumat almışdır. 500 milyon manat

Bakı Fond Birjasında satışa qoyulmuşdur. Bakı Fond Birjasında hərraca qoyulmuş səhmlərin parametrləri:

Qiymətli kağızların tipi: imtiyazlı səhmlər
Emitentin tam adı: "AZƏRİQAZBANK" SİB
Emitentin VÖEN-i: 130010277
Bir qiymətli kağızın nominal qiyməti: 10 000 manat
Minimum satınalma məbləği: 1 000 000 manat (100 səhm)
Buraxılmış qiymətli kağızların ümumi həcmi: 3 000 000 000 manat
Buraxılış valyutası: Azərbaycan manatı
Faiz dərəcəsi: 12%
Faizlərin ödənməsi dövriliyi: rüb
Faiz dərəcələrinin ödənilməsi tarixi: sonrakı rübün birinci ayının 15-dək.

5 avqust 2002-ci il trixində Azərbaycan Respublikasının Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi "Azəriqazbank" Səhmdar İnvestisiya Bankının nominal dəyəri 10 000 manat və gəlirliyi illik 12% olmaqla 3 milyard manatlıq həcmdə imtiyazlı səhmlərin tam yerləşdirilməsi haqqında hesabatını təsdiq etmişdir.


  © Copyright 2001-2007 Site Meter AZERIGAZBANK. All rights reserved.