|
HÜQUQİ ŞƏXSLƏRƏ HESABLAŞMA-KASSA XİDMƏTİ GÖSTƏRİLMƏSİ
«AZƏRİQAZBANK» Səhmdar İnvestisiya Bankı Azərbaycan Respublikasının
həm rezident və həm də qeyri-rezidentləri olan korporativ müştərilərə
manatla və valyuta ilə hesablaşma-kassa xidməti göstərir və Azərbaycanın
maliyyə bazarında mövcud olan bank xidmətlərinin tam kompleksini təqdim
edir. Öz hesabları üzrə fəal əməliyyatlar aparan daimi müştərilər
üçün «AZƏRİQAZBANK» güzəştlər edir. Müştərilərə
mövcud üzrə hesablaşma-kassa xidməti haqqında müqavilə əsasında xidmətlər göstərilir.
Bankın dünyanın 20-dən çox iri bankı ilə müxbir əlaqələri
vardır və bu da müştəri ödənişlərini tez və keyfiyyətlə həyata
keçirməyə imkan verir.
Korporativ müştərilər aşağıdakıları edə bilərlər:
-
Qısa müddətə hesablaşma və cari hesablar aça bilərlər;
-
Bank əməliyyatlarının aparılması qaydası haqqında məsləhət ala bilərlər;
-
Azərbaycan üzrə və xarici ölkələrə pul vəsaitini köçürə bilərlər;
-
Hesaba pul köçürmələrini ala bilərlər;
-
Dövriyyə əməliyyatlarını həyata keçirə bilərlər;
-
Vəsaitin avtomatik olaraq dövriyyəyə buraxılmasını Banka həvalə edə bilərlər;
-
Hesabda müəyyən vəsait qalığının saxlanmasını Banka həvalə edə bilərlər;
-
Nağd pulu hesaba köçürə, hesabdan nağd pulu ala bilərlər;
-
Nağd pulun çatdırılması üzrə sifarişləri həyata keçirə bilərlər.
Nağd valyutanın Bankın müştərilərinə verilməsi Azərbaycan Respublikasının mövcud
uyğun olaraq həyata keçirilir. «AZƏRİQAZBANK» maliyyə
fəaliyyətinin istiqamətinin koordinasiyasına yardım edir, eyni zamanda müştərinin
bütün potensial imkanlarını həyata keçirir.
Manatla hesablaşma (cari) hesabının və valyuta
ilə cari hesabın açılması üçün hüquqi şəxslər
aşağıdakı sənədləri təqdim etməlidirlər:
- Hesablaşma hesabının açılması üçün hesab
sahibinin rəhbəri və baş mühasibi tərəfindən imzalanmış ərizə
-
Ədliyyə Nazirliyində daimi qeydiyyatın notariusda təsdiq edilmiş surəti
-
Dövlət Statistika Komitəsinin Şəhadətnaməsinin notariusda təsdiq edilmiş surəti
-
Təsdiq edilmiş Nizamnamənin notariusda təsdiq edilmiş surəti
-
Təsis müqaviləsinin notariusda təsdiq edilmiş surəti
-
Təsisçilər yığıncağının protokolu
- Müəyyən edilmiş forma üzrə imza və möhür
nümunələri ilə kartların iki nüsxəsi (hər iki nüsxə notariusda
təsdiq edilməlidir)
-
Qeydiyyat haqqında Şəhadətnamə – valyuta və manat hesabı üçün Vergilər Nazirliyindən dublikat
-
İmza etmək hüququna malik olan şəxslərin vəzifəyə təyin edilmələri barədə əmrlər
-
İmza etmək hüququna malik olan şəxslərin pasportları
BEYNƏLXALQ ƏMƏLİYYATLAR
Firmanın beynəlxalq bazarlarda müvəffəqiyyətlə işləməsi üçün
ticarət kontraktlarının etibarlı, vaxtında ödənilməsi vacibdir. «AZƏRİQAZBANK»
Səhmdar İnvestisiya Bankı öz müştərilərinin layiqli adını və imicini
qoruyaraq və onların beynəlxalq ödənişlərin həyata keçirilməsinə
olan tələbatının qane edilməsi üçün ən tələbkar müştərilərin
problemlərini həll etməyə imkan verəcək hesablaşma xidmətlərinin geniş şəbəkəsini
təklif edir:
-
xarici valyuta ilə bank köçürməsi;
-
akkreditiv hesablaşma formaları;
-
nağdsız valyutanın dövriyyəsi üzrə xidmətlər.
Müştəriyə göstərilən hesablaşma xidmətinə aşağıdakı xidmətlər kompleksi daxil edilir:
-
Müştərinin tapşırığı ilə onun hesabından pulun benefisiarın bankına köçürülməsi;
- Müştərinin hesabı üzrə bütün əməliyyatlar
haqqında çıxarışın müştəriyə və ya onun etibar etdiyi şəxsə təqdim
edilməsi. Bu məlumat müştəriyə kağız daşıyıcısında verilir.
- Hesablaşmalar, hesablaşma əməliyyatlarının aparılmasına aid
sənəd dövriyyəsi qaydaları haqqında qanunvericilik məsələlərinə dair
müştəriyə məsləhət verilməsi.
Əlavə xidmətlər paketi:
-
müştərinin xeyrinə köçürülmüş vəsaitin axtarışı üzrə sorğunun yerinə yetirilməsi;
-
sorğu olunan dövr üçün hesab tarixçəsinin təqdim edilməsi;
-
ödəniş tapşırığının yerinə yetirilməsi haqqında təsdiqin verilməsi.
BANK aşağıdakıları özündə birləşdirən kompleks kassa xidmətini Sizə təqdim edir:
-
Əməliyyat günü ərzində Bankın kassasından nağd pulun və nağd xarici valyutanın verilməsi;
- Pul vəsaitinin Sizin hesabınıza eyni zamanda köçürülməsi
ilə nağd pulun və nağd xarici valyutanın Bank kassasına qəbul edilməsi, nağd
xarici valyutanın inkassoya qəbulu;
-
Xarici valyuta banknotlarının dəyişdirilməsi.
|