15:32
14:32
11:32
06:32
20:32
 
Baki Moskva London Nyu-York Tokio
Plastik kartlar
Rekvizitlər
Arxiv
   
 
 
   FİZİKİ ŞƏXSLƏR ÜÇÜN
 
   Hesablaşma-kassa
xidməti
   Depozitlər
   Kreditləşmə
 
  AGBankdan ipoteka
  İstirahət
  Məişət texnikası
   
   Plastik kartlar
 
  MasterCard Gold
  MasterCard Standard
  MasterCard Platinum
  MasterCard Euro
  Visa
  Visa Gift Card
  Cirrus Maestro
  Magellan
  Magellan+
  Maestro Business Prepaid
  Sığortalama
  IAPA
  ISIC-Maestro
  AGClub
  MasterCard Virtual
  "Card to Card" sistemi
  İnternet-Bankinq sistemi
   
   AGBank plastik paketlərinin siyahısı
   Mobil xidmətlərinin ödənişi
   Western Union
   AGLeasing
   American Express
   Migom
   Caspian Money Transfer
   
   HÜQUQİ ŞƏXSLƏR ÜÇÜN
 
   Hesablaşma-kassa
xidməti
   Depozitlər
   MasterCard Business
   Kreditləşmə
   
   BANKLARARASI BİZNES
   
 
 
 

FİZİKİ ŞƏXSLƏRƏ HESABLAŞMA-KASSA XİDMƏTİ GÖSTƏRİLMƏSİ

«AZƏRİQAZBANK» Səhmdar İnvestisiya Bankı Azərbaycan Respublikasının həm rezident və həm də qeyri-rezidentləri olan korporativ müştərilərə manatla və valyuta ilə hesablaşma-kassa xidməti göstərir və Azərbaycanın maliyyə bazarında mövcud olan bank xidmətlərinin tam kompleksini təqdim edir. Öz hesabları üzrə fəal əməliyyatlar aparan daimi müştərilər üçün «AZƏRİQAZBANK» güzəştlər edir. Müştərilərə mövcud tariflər üzrə hesablaşma-kassa xidməti haqqında müqavilə əsasında xidmətlər göstərilir.

Bankın dünyanın 20-dən çox iri bankı ilə müxbir əlaqələri vardır və bu da müştəri ödənişlərini tez və keyfiyyətlə həyata keçirməyə imkan verir.

Fiziki şəxslər aşağıdakıları edə bilərlər:

  • Qısa müddətə hesablaşma və cari hesablar aça
  • bilərlər;
  • Bank əməliyyatlarının aparılması qaydası
  • haqqında məsləhət ala bilərlər;
  • Azərbaycan üzrə və xarici ölkələrə pul vəsaitini
  • köçürə bilərlər;
  • Hesaba pul köçürmələrini ala bilərlər;
  • Dövriyyə əməliyyatlarını həyata keçirə
  • bilərlər;
  • Vəsaitin avtomatik olaraq dövriyyəyə buraxılmasını
  • Banka həvalə edə bilərlər;
  • Hesabda müəyyən vəsait qalığının saxlanmasını
  • Banka həvalə edə bilərlər;
  • Nağd pulu hesaba köçürə, hesabdan nağd pulu ala bilərlər;
  • Nağd pulun çatdırılması üzrə sifarişləri
  • həyata keçirə bilərlər.


Nağd valyutanın Bankın müştərilərinə verilməsi Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. «AZƏRİQAZBANK» maliyyə fəaliyyətinin istiqamətinin koordinasiyasına yardım edir, eyni zamanda müştərinin bütün potensial imkanlarını həyata keçirir.

Manatla hesablaşma (cari) hesabının və valyuta ilə cari hesabın açılması üçün fiziki şəxslər aşağıdakı sənədləri təqdim etməlidirlər:

  • Hesablaşma hesabının açılması üçün ərizə
  • Pasport
  • Notariusda təsdiq edilmiş imza nümunələri
Bank tərəfindən göstərilən əlavə xidmətlər:
  • Pul köçürmələrinin göndərilməsi üzrə sənədlərin rəsmiləşdirilməsi zamanı məsləhət;
  • Müştərinin xahişi ilə hesabın kreditləşdirilməsi haqqında təsdiqedici sənədin benefisiara təqdim edilməsi.

Müştəriyə göstərilən hesablaşma xidmətinə aşağıdakı xidmətlər kompleksi daxil edilir:
  • Müştərinin tapşırığı ilə onun hesabından pulun benefisiarın bankına köçürülməsi;
  • Müştərinin hesabı üzrə bütün əməliyyatlar haqqında çıxarışın müştəriyə və ya onun etibar etdiyi şəxsə təqdim edilməsi. Bu məlumat müştəriyə kağız daşıyıcısında verilir.
  • Hesablaşmalar, hesablaşma əməliyyatlarının aparılmasına aid sənəd dövriyyəsi qaydaları haqqında qanunvericilik məsələlərinə dair müştəriyə məsləhət verilməsi.
Əlavə xidmətlər paketi:
  • Müştərinin xeyrinə köçürülmüş vəsaitin axtarışı üzrə sorğunun yerinə yetirilməsi;
  • Sorğu olunan dövr üçün hesab tarixçəsinin təqdim edilməsi.
  • BANK aşağıdakıları özündə birləşdirən kompleks kassa xidmətini Sizə təqdim edir:
  • Əməliyyat günü ərzində Bankın kassasından nağd pulun və nağd xarici valyutanın verilməsi;
  • Pul vəsaitinin Sizin hesabınıza eyni zamanda köçürülməsi ilə nağd pulun və nağd xarici valyutanın Bank kassasına qəbul edilməsi, nağd xarici valyutanın inkassoya qəbulu;
  • Xarici valyuta banknotlarının dəyişdirilməsi.


  © Copyright 2001-2007 Site Meter AZERIGAZBANK. All rights reserved.