|
BUSİNESS TRAVEL ÜÇÜN
AGBankdan YENİ MƏHSUL
İndi
artıq yol xərclərinə effektli nəzarət etmək
olar
Məlum olduğu kimi, turizm müxtəlif
olur. Business Travel turizm növü digər növlərdən
tamamilə fərqli xüsusi kateqoriyaya aiddir. Belə ki,
işlə bağlı səfərə çıxan şəxslərin
öz xüsusi tələbləri var və lazımi şəraiti
olmalıdır. Müxtəlif biznes-strukturların nümayəndələrinin
işgüzar səfərləri zamanı ortaya çıxan
maliyyə məsələləri ilə əlaqədar
tələdlər xüsusilə aktualdır.
Artıq uzun illərdir ki, turizm sahəsində fəaliyyət
göstərən və Azərbaycanın maliyyə bazarında
pionerlərdən biri sayılan AGBank işgüzar səfərlərin
maliyyə məsələlərinin təşkili ilə
bağlı problemi xeyli asanlaşdırmağa, hətta
bu sahədə imkanları genişləndirməyə
və yeni imkanlar təklif etməyə qabil olan prinsipcə
yeni məhsul işləyib hazırlamışdır.
Maestro Business Prepaid Card - Azərbaycanda bu tipdə ilk və
hazırda yeganə kartdır. Bu, müəssisə işçilərinin
MasterCard Business kredit kartının (xatırladırıq
ki, bu kart orta və kiçik səviyyəli işçilər
üçün müəyyən edilməyib və yalnız
rəhbərlik və müəssisə sahiblərinə
aiddir) verilməsi meyarlarına uyğun olmayan ezamiyyət
xərcləri və digər müxtəlif xərclər
üçün müəyyən olunmuş kartdır.
Maestro Business Prepaid Card adsız buraxılır və müəssisənin
ehtiyacları ilə əlaqədar əməkdaşlara
təqdim olunan nağd vəsait əvəzinə bir işçidən
digərinə keçə bilər.
Hazırda ölkəmizin işgüzar adamları tələbatlı
və çox əlverişli bu bank məhsulunu asanlıqla
əldə edə bilərlər. Əminik ki, Maestro Business
Prepaid Card-ın yaratdığı yeni imkanlar şirkətlərin
işləri ilə əlaqədar əməkdaşları
tez-tez səfərlərə çıxan iş adamlarının
işini xeyli asanlaşdıracaq və daha rahat edəcək.
|