07:12
06:12
03:12
22:12
12:12
 
Baki Moskva London Nyu-York Tokio
Valyuta mübadiləsi məntəqələri
AGClub Diskont sistemi
Depozitlər
   
 
 
   VİZİT KARTI
   İNKİŞAF TARİXİ
   BANKIN MİSSİYASI
   RƏHBƏRLİK
   BANKIN STRUKTURU
   SƏHMDAR KAPİTALININ STRUKTURU
   AUDİT HESABATI
   FİLİALLAR
   BİZİM PLANLARIMIZ
   AGBANKIN SƏHMLƏRİ
   BİZİM LAYİHƏLƏRİMİZ
   EMİSSİYALAR
   PARTNYORLAR
   PRESS-RELİZLƏR
   
 
 
 

2007-2008-ci İLLƏRDƏ BANKIN ƏSAS İNKİŞAF İSTİQAMƏTLƏRİ

  1. 2008-2010-cu illər üçün bankın strateji planının hazırlanması və təsdiqi.
  2. 2008-2010-cu illər üçün təsdiq olunmuş strateji planına əsasən 2008-ci il üçün əməliyyat planlarının, balans proqnozlarının və büdcənin hazırlanması.
  3. Korporativ idarəetmə prinsiplərinə tam keçid prosesinin dərinləşdirilməsi üçün banka məsləhət xidmətlərinin göstərilməsi üzrə Beynəlxalq Maliyyə Korporasiyasının pilot proqramından istifadə edilməsi.
  4. Təsdiq edilmiş proqram əsasında seminarlarda iştirak etməklə bankın əməkdaşlarının ixtisasının artırılması üzrə Azərbaycan Bank Tədris Mərkəzi ilə əməkdaşlığın davam etdirilməsi.
  5. Gələcəkdə bankın nizamnamə fondunu artıraraq 12 milyon manat səviyyəsinə çatdırılması.
  6. Beynəlxalq maliyyə institutları ilə əməkdaşlıq: -
    - IFC ilə əməkdaşlığın yeni səviyəsinə keçməsi ilə əlaqədar gələcək inkişaf strateqiyanın müəyyənləşdirilməsi,
    - maliyyə lizinqinin inkişafına yardım proqramı çərçivəsində IFC ilə iş,
    - Avropa Yenidənqurma və İnkişaf Bankı ilə kiçik və orta biznesin maliyyələşdirilməsi üçün yeni kredit xətlərin açılması istiqamətində danışıqların davam etdirilməsi,
    - həm konsaltinq və həm də bankın müxtəlif layihələrində zamin kimi çıxış etmək məsələlərində Avropa Yenidənqurma və İnkişaf Bankı ilə əməkdaşlığın gələcəkdə inkişaf etdirilməsi,
    - KFW fondu ilə kiçik və orta biznesin maliyyələşdirilməsi və mikro kreditlərin verilməsində əməkdaşlığın davam etdirilməsi,
    - kiçik və orta biznesin maliyyələşdirilməsi, eləcə də bank texnologiyalarının təkmilləşdirilməsində konsaltinq xidmətlərinin əldə edilməsi baxımından KFW fondu ilə münasibətlərin dərinləşdirilməsi,
    - Asiya İnkişaf Bankı ilə münasibətlərin dərinləşdirilməsi və yeni kredit xətlərin açılması,
    - İslam İnkişaf Bankı ilə münasibətlərin gələcəkdə inkişaf etdirilməsi.
  7. Depozitlərin cəlb edilməsi və yerləşdirilməsi yolu ilə müştərilər bazasının keyfiyyətli artımının təmin edilməsi. Müddətli depozitlərin 78 milyon manat səviyyəsinə çatdırılması.
  8. Cəlb edilmiş vəsaitin səmərəli yerləşdirilməsi:
    - həm kiçik və orta və həm də iri biznes üzrə müxtəlif layihələrin maliyyələşdirilməsi yolu ilə bankın kredit portfelinin artırılması. Kredit portfelinin 89 milyon manat səviyyəsinə çatdırılması,
    - gələcəkdə bank kreditləşdirməsinin diversifikasiyası siyasətinin davam etdirilməsi,
    - qalıqlardan maksimum mümkün gəlirlərin əldə edilməsi məqsədilə bankın müxbir hesablarında vəsaitin keyfiyyətli yerləşdirilməsi və dövlət qiymətli kağızların mexanizmindən səmərəli istifadə edilməsi.
  9. Gələcəkdə plastik kartlar biznesinin inkişaf etdirilməsi və bankın arsenalında olan bu yönümlü bütün məhsulların səmərəli tətbiq edilməsi. Bankomat və POS-terminalların sayının artırılması və onların şəhərin cəlbedici nöqtələrində yerləşdirilməsi.
  10. "Yevlax", "Quba", "Lənkəran" filiallarının açılması yolu ilə filiallar şəbəkəsinin genişləndirilməsi. Artıq mövcud olan filialların fəaliyyətinin gələcəkdə daha da təkmilləşdirilməsi. Bankın səhmdarlarına daha yüksək dividentlərin verilməsi və bankın kapitalının keyfiyyətinin artırılması üçün kifayət edəcək maksimum mümkün gəlirlərin əldə edilməsi.

  © Copyright 2001-2007 Site Meter AZERIGAZBANK. All rights reserved.