|
"AZERCELL", "BAKCELL" VƏ
"NAR-MOBILE" XİDMƏTLƏRİNİN BANKOMAT VASİTƏSİLƏ
ÖDƏNİLMƏSİ
"AZERCELL", "BAKCELL" və "NAR-MOBILE" mobil telefon rabitəsinin
abonentlərinin ödənişlərini AGBank öz bankomatlarında
qəbul edir.
"AZERCELL", "BAKCELL" və "NAR-MOBILE" mobil rabitə əməliyyatçılarının
göstərdikləri xidmətlərin haqqı AGBankın
bankomatlarında bütün sutka ərzində ödənilə
bilər. Bu halda abonentdən komissiya tutulmur. Mobil rabitə
əməliyyatçılarının göstərdikləri
xidmətlərə görə haqq AGBank bankomatlarında
VİSA və MasterCard ödəmə sistemlərinin istənilən
plastik kartı, o cümlədən istər AGBank və
istərsə də digər emitentlər tərəfindən
emissiya olunmuş Visa Electron və Maestro kartları vasitəsi
ilə həyata keçirilir.
Xidmət haqqının bankomat vasitəsilə ödənilməsi
qaydası
- Bank kartını bankomata daxil edin və təklif olunan
dillərdən birini seçin.
- PİN-kodu yığın.
- "AZERCELL", "BAKCELL" və ya "NAR-MOBILE" menyusunu seçin.
- Yeddirəqəmli telefon nömrəsini yığın.
- Yığılmış telefon nömrəsinin düzgünlüyünü
yoxlayın və "Təsdiq edin" düyməsini basın.
- Ödəniləcək məbləği yığın
və "Enter" düyməsini basın.
- Ödəniləcək məbləği təsdiq
etmək üçün "Təsdiq edin" düyməsini
basın.
- Qəbzi alın və özünüzdə saxlayın.
|