21:46
20:46
17:46
12:46
02:46
 
Baki Moskva London Nyu-York Tokio
Banklar haqqda qanunlar
Depozitlər
Filiallar
   
 
 
   VİZİT KARTI
   İNKİŞAF TARİXİ
   BANKIN MİSSİYASI
   RƏHBƏRLİK
   BANKIN STRUKTURU
   SƏHMDAR KAPİTALININ STRUKTURU
   AUDİT HESABATI
   FİLİALLAR
   BİZİM PLANLARIMIZ
   AGBANKIN SƏHMLƏRİ
   BİZİM LAYİHƏLƏRİMİZ
   EMİSSİYALAR
   PARTNYORLAR
   PRESS-RELİZLƏR
   
 
 
 

BANKIN MİSSİYASI


AGBankın missiyası Azərbaycanda korporativ mədəniyyət cəhətdən ən yaxşı bank olmaq, plastik kartlar bazarında birinciliyi əldə etmək və onu qoruyub saxlamaq, kiçik və orta sahibkarlığın inkişafını təmin etmək, insan resurslarına və müştərilərə qayğı göstərmək və onların qədrini bilməkdən ibarətdir. AGBankın strategiyasının əsasını biznesin dəyərinin mütəmadi artımını və bazar konyunkturasında baş verən dəyişikliklərdən asılı olmayaraq sabit gəlirin əldə edilməsini təmin etməyə göstərilən səy təşkil edir. Bankın strateji cəhətdən üstünlük təşkil edən fəaliyyət sahələri kiçik və orta sahibkarlığın inkişaf etdirilməsi, korporativ müştərilərə xidmət göstərilməsi, pərakəndə biznes, maliyyə bazarlarında əməliyyatların aparılması və beynəlxalq maliyyə institutları ilə əməkdaşlıqdan ibarətdir. AGBankın fəaliyyəti Azərbaycanda sahibkarlığın iqtisadi təşəkkülü və inkişafı prosesinə hərtərəfli dəstəyə istiqamətləndirilmişdir. Bank öz müştəriləri ilə uzunmüddətli əlaqələr yaratmaq praktikasına əməl edir və onların istehsal və maliyyə xüsusiyyətlərini həmişə nəzərə alır. Bank maliyyə sektorunun, bank məhsullarının monitorinqini keçirir, Azərbaycanın bazarında mövcud vəziyyəti öyrənərək təhlil edir. Bu, iqtisadi meylləri proqnozlaşdırmağa və vaxtında müvafiq qərarlar qəbul etməyə imkan verir.


  © Copyright 2001-2007 Site Meter AZERIGAZBANK. All rights reserved.