|
HÜQUQİ ŞƏXSLƏR ÜÇÜN
KREDİT VƏ ZƏMANƏT ƏMƏLİYYATLARI
«AZƏRİQAZBANK» Səhmdar İnvestisiya Bankı
öz müştərilərinin borc vəsaitinə olan
tələbatının daha tam qane etməyə imkan verən
geniş kredit xidmətləri spektrini təqdim edir. Kreditlər
və bank zəmanətləri həm manatla və həm
də xarici valyuta ilə bütün mülkiyyət formalarında
olan rezident müəssisə və təşkilatlara təqdim
edilir.
«AZƏRİQAZBANK» etibarlı borcalanlarla əməkdaşlıq
etməkdə maraqlıdır və məhz buna görə
bizim bankımız tərəfindən kredit almaq üçün
ərizə nəzərdən keçirildikdə müəyyən
və mühüm tələblər irəli sürülür.
Kreditləşdirmə zamanı müştərinin ödəmə
qabiliyyətinin olmasına, kredit resurslarının layihəsinə,
təminatına və ondan məqsədli istifadə olunmasına,
eləcə də Müştəri ilə qarşılıqlı
fəaliyyət kompleksinin olmasına (hesablaşma-kassa
xidməti, valyuta əməliyyatları, Bankın plastik
kartlarından istifadə edilməsi və s.) xüsusi
diqqət yetirilir.
Özünün sabit perspektivli biznesi, müvəffəqiyyətli
iş təcrübəsi, özünün kapitalı
olan Müştərilər üstünlüyə malikdirlər.
Bankımız ilə əməkdaşlıq təcrübəsi
olan Müştərilərə üstünlük verilir.
KREDİTLƏŞDİRMƏ ŞƏRTLƏRİ
Kreditlərdən və bank zəmanətlərindən
istifadəyə görə ödənilən haqqın
ölçüsü, Bank tərəfindən müəyyənləşdirilmiş
faiz dərəcələrinə uyğun olaraq, təklif
olunan təminatın tipindən və borcalanın maliyyə
vəziyyətindən asılı olaraq hər bir borcalan
üçün fərdi surətdə müəyyənləşdirilir.
Kredit və ya zəmanət təqdim edilməsi üçün
ərizələr nəzərdən keçirilərkən
Bank aşağıdakı borcalanlara üstünlük
verir:
- Ən azı 3 ay ərzində Bankın müştərisi
olmuş müəssisə və təşkilatlar
- Son 4 rüb ərzində şirkətin zərərsiz
fəaliyyət göstərməsi
- Büdcə və qeyri-büdcə məcburi fondlarına
vaxtı keçmiş borcların olmaması
- Şirkətin real aktivlərinin kreditləşdirilən
layihənin dəyərindən, bir qayda olaraq, ən
azı iki dəfə artıq olması
- Sənədlərin Banka verildiyi an şirkətin biznes-plan
layihəsinin olması, layihə-smeta və icazə sənədlərinin
rəsmiləşdirilməsi, lazımi avadanlığın
ixtisaslaşdırılması
- Bakı şəhərində yerləşən və
fəaliyyət göstərən müəssisələr
* Bankın kredit idarəsində
Sizin ərizənizə 2 həftə ərzində baxılır.
* Bank kreditin verilməsi haqqında müsbət qərarın
verilməsi üçün lazım olan əlavə sənədləri
tələb etmək hüququnu özündə saxlayır.
* Bankda hesablaşma hesabının olması məcburi
şərtdir.
KREDİTİN VERİLMƏSİ HAQQINDA
MƏSƏLƏYƏ BAXILMAQ ÜÇÜN SİZ AŞAĞIDAKILARI
ETMƏLİSİNİZ:
- Bankın kredit şöbəsi ilə əlaqə
saxlamaq və danışıqların aparılması
üçün Banka gəlmək
- Kreditin verilməsi (zəmanət təqdim edilməsi)
məsələsinə baxılmaq üçün lazım
olan sənədləri hazırlamaq
- Kreditin (zəmanətin) verilməsi üçün
ərizə blankını doldurmaq
KREDİTİN VERİLMƏSİ (ZƏMANƏTİN
TƏQDİM EDİLMƏSİ) MƏSƏLƏSİNƏ
BAXILMAQ ÜÇÜN LAZIM OLAN SƏNƏDLƏR
- Ərizə anketi
- Təsərrüfat subyektinin mövcudluğunu təsdiq
edən sənədin təsdiq edilmiş surəti
- Son ayın balans hesabatı, son rübün balansı,
mənfəət və itkilər haqqında hesabat; auditor
tərəfindən təsdiq edilmiş son ilin maliyyə
hesabatı
- VÖEN göstərilməklə rayon Vergilər İdarəsində
uçotda olmaq barədə Şəhadətnamənin
surəti
- Nizamnamə və müvafiq əsasnamə
- Kredit sənədlərini imzalamaq səlahiyyətini
təsdiq edən sənəd
- Nizamnaməyə əsasən əmlak girov qoymağa
hüququ çatan şəxs(lər)in razılığı
- Girov qoyulmuş əmlaka mülkiyyət hüququnu
təsdiq edən sənəd
*Kredit müqaviləsi bağlanarkən
girov təminatının sığorta predmeti üçün
girov məbləğinə və kredit müddətinə
sığorta müqaviləsinin olması vacibdir.
KREDİTLƏRİN VƏ ZƏMANƏTLƏRİN
TƏMİNATI NÖVLƏRİ
Bank borc vəsaitinin qaytarılmasının təminatı
kimi mülkiyyət hüququ üzrə Borcalana (üçüncü
şəxslərə) məxsus olan əmlakı, o cümlədən
aşağıdakıları girov götürür:
Əsas vəsaitlər:
- Avtonəqliyyat,
- Daşınmaz əmlak.
Zaminlik:
- Müəssisə və təşkilatların;
- Fiziki şəxslərin.
DÖVRİYYƏ VƏSAİTİNİN
ARTIRILMASI ÜÇÜN KREDİT
- Dövriyyə vəsaitinin artırılması üçün
kredit 3 aydan 6 ayadək olan müddətə təqdim
edilir.
- Kreditin minimum məbləği – 1000 ABŞ dolları
və ya manatla ona ekvivalent məbləğdir.
- Kreditin məbləği biznesin pul axınına, eləcə
də Borcalanın banklardakı hesablar üzrə dövriyyələrinə
və kassaya daxilolmalara istinad edilərək, həmçinin
təminatın satıla bilməsi və Borcalanın
maliyyə cəhətdən möhkəmliyi nəzərə
alınmaqla hesablanır.
- Kreditin və ona hesablanan faizlərin ödənilməsi
mənbəyi Borcalanın cari gəliridir.
- Kreditdən istifadəyə görə faizlər,
bir qayda olaraq, hər ay, kredit özü isə Borcalan
ilə razılaşdırıldığı qrafik
üzrə ödənilir.
- Borcalanın arzusu ilə Bank kredit xəttinin açılması
imkanını nəzərdən keçirməyə
hazırdır.
ƏSAS VƏSAİTİN ƏLDƏ
EDİLMƏSİ ÜÇÜN KREDİT
- Əsas vəsaitin əldə edilməsi üçün
kredit 1 il müddətinə təqdim edilir.
- Kreditin minimum məbləği – 1000 ABŞ dolları
və ya manatla ona ekvivalent məbləğdir.
- Kreditin məbləği biznesin pul axınına, eləcə
də Borcalanın banklardakı hesablar üzrə dövriyyələrinə
və kassaya daxilolmalara istinad edilərək, həmçinin
təminatın satıla bilməsi və Borcalanın
maliyyə cəhətdən möhkəmliyi nəzərə
alınmaqla hesablanır.
- Kreditin və ona hesablanan faizlərin ödənilməsi
mənbəyi Borcalanın cari gəliridir.
- Kreditdən istifadəyə görə faizlər,
bir qayda olaraq, hər ay, kredit özü isə Borcalan
ilə razılaşdırıldığı qrafik
üzrə ödənilir.
8 may 2003-cü ildə "AZƏRİQAZBANK" Dünya
Bankının Beynəlxalq Maliyyə Korporasiyası
ilə kredit xətti üçün saziş imzalamışdır.
İmzalanmış saziş çərçivəsində
bank biznesin həyata keçsirilməsi üçün
hüquqi şəxslərin, eləcə də sahibkarlıq
fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin
ərizələrini aşağıdakı şərtlər
əsasında nəzərdən keçirmək üçün
qəbul edir:
- Kredit 12 aydan çox müddətə təqdim edilir
- Kreditin maksimum məbləği 150.000 ABŞ dollarıdır
ZƏMANƏTLƏR
Bankın fəaliyyətinin spesifik yönümü müştərilərin
öhdəliklərinin yerinə yetirilməsinin təmin
edilməsi üçün zəmanət və zaminlik
verməkdən ibarətdir.
Azərbaycan Respublikasında fəaliyyət göstərən
qanunvericiliyə uyğun olaraq bank zəmanəti prinsipalın
(borcalanın) benefisiar (kreditor) qarşısındakı
əsas öhdəliyinin lazımi şəkildə yerinə
yetirilməsini təmin edir. Bank zəmanətinin verilməsinə
görə borcalan zəmanət verənə mükafat
ödəyir.
Acərbaycan Respublikasının Mülki Məcəlləsində
bu təminat formasının aşağıdakı xüsusiyyətləri
nəzərdə tutulmuşdur: geri çağırılmama,
hüquqların başqasına verilməməsi, qüvvəyə
minmə anı.
Bank Azərbaycan Respublikası Dövlət Gömrük
Komitəsi ilə lisenziyanın müddətini uzatmış
və 5 avqust 2003-cü il tarixindən adıçəkilən
təşkilatın xeyrinə zəmanətlərin verilməsini
təzələmişdir:
- Maksimum müddət 3 ayadəkdir
- Bir müştəri üçün maksimum məbləğ
- 50 000 ABŞ dolları və ya manatla ona ekvivalent olan
məbləğdir.
|