|
"AZƏRİQAZBANK"IN ISIC-MAESTRO VƏ
ITIC-MAESTRO PLASTİK KARTLARI
"AZƏRİQAZBANK" "STI Azerbaijan" şirkəti
ilə birlikdə Azərbaycanın tələbə gəncləri
üçün tayı olmayan eksklüziv proqram işləyib
hazırlamışdır. Oricinal layihə Azerbaycanın
bütün tədris müəssilərinin 12 yaşdan
yuxarı şaqirdlərinə, tələbələrinə
və müəllimlərinə, necə deyərlər,
"birləşdirilmiş" məhsul - eyni zamanda həm
beynəlxalq tələbə (müəllim) şəxsiyyət
vəsiqəsi və həm də plastik ödəmə
kartını təklif edir.
ISIC - eyni zamanda güzəştli beynəlxalq tələbə
vəsiqəsi hesab olunan Maestro plastik kartıdır.
ITIC - eyni zamanda güzəştli beynəlxalq müəllim
vəsiqəsi hesab olunan Maestro plastik kartıdır.
Plastik və ya ödəmə kartları özünəməxsus
"elektron pul" - ənənəvi nağd puldan sözsüz
üstünlük təşkil edən müasir ödəmə
vəsaitinin növüdür.
ISIC
nədir?
- ISIC - bütün dünyada tanınan yeganə rəsmi
tələbə vəsiqəsidir.
- ISIC yayılması ilə Beynəlxalq Tələbə
Səyyahlar Konfederasiyası (ITIC) məşğul
olur.
- Beynəlxalq tələbə vəsiqəsi olan ISIC
kartı UNESCOnun dəstəyi ilə 30 il əvvəl
yaradılmışdır.
- Hazırda ISIC dünyanın 106 ölkəsində
tanınır və güzəştləri təmin
edən strukturların ümumi sayı 250 000-dən
çoxdur.
- Kartın yaradılması üzrə əsas ideya
- səyahət, xaricdə təhsil zamanı tələbə
və gənclərin puluna qənaət etmək, eləcə
də öz vətənində və dünyanın
106-dan çox ölkəsində beynəlxalq güzəştlər
sistemindən istifadə etmək imkanından ibarətdir.
- ISICnin yayılması üzrə qlobal sistem dünyanın
106 ölkəsində 5000-dən çox agentlikdə
lisenziyalaşdırılmış ofislər sistemi
vasitəsilə həyata keçirilir.
- Hər il bütün dünyada 3,5 milyondan artıq
tələbə ISIC kartlarının sahibi olur.
- ISIC ıə ITIC yaşamaq, qidalanmaq, müxtəlif
nəqdiyyat vasitələri ilə hərəkət
etmək üçün bütün dünyada güzəştlər
sistemindən istifadə etməyə imkan verir.
"AZƏRİQAZBANK"ın
ISIC-Maestro və ITIC-Maestro plastik kartları
- "AZƏRİQAZBANK" Səhmdar İnvestisiya Bankı
tərəfindən verilən ISIC və ITIC kartları
beynəlxalq kartlardır və dünyanın bütün
ölkələrində istifadə olunur.
- Kar sahibi avtomatik olaraq ya manatla, yaxud da ABŞ dolları
ilə aparılan Xüsusi Kar Hesabının (XKH)
sahibi olur. Bu halda "AZƏRİQAZBANK"ın istənilən
şəxsi plastik kartına sahib olan xüsusi hesaba
manatla və ya valyuta ilə vəsait köçürə
bilər və həmin vəsait Xüsusi Kar Hesabı
ilə əməliyyatların aparılması üçün
Milli Bank tərəfindən müəyyənləşdirilmiş
məzzənə ilə konvertasiya ediləcəkdir.
- "AZƏRİQAZBANK"ın ISIC-MAESTRO və ITIC-MAESTRO
plastik kartları rəsmiləşdirilərkən
sığorta depozitinin və Xüsusi Kart Hesabında
minimum haqqın olması tələb olunmur.
"AZƏRİQAZBANK"ın ISIC-Maestro və ITIC-Maestro
kartlarının imkanları
- Tələbənin (müəllimin) beynəlxalq şəxsiyyət
vəsiqəsi və statusu.
- Öz vətənində və dünyanın 106-dan
çox ölkəsində qlobal beynəlxalq güzəştlər
sistemindən (yaşamaq, qidalanmaq, müxtəlif nəqliyyat
vasitələri ilə hərəkət etmək) istifadə
etmək.
- Ölkə daxilində və ölkədən kənarda
malların haqqını ödəmək və bu
halda kart sahibindən aparılmış əməliyyata
görə heç bir komisyon haqqı tutulmur.
- Ölkə daxilində və ölkədən kənarda
bankomatlar vasitəsilə 24 saat nağd vəsait almaq.
- Dünyanın istənilən bankında istənilən
valyuta ilə nağd vəsait almaq (cashadvance).
- Arzu olunduqda - aparılmış əməliyyatlar
barədə çıxarış almaq.
- Xaricə gedərkən kart hesabında olan vəsaitə
görə deklarasiya təqdim etməmək.
- Öz kart hesabını nəinki nağd, hətta
nağdsız yolla artırmaq.
- Öz vəsaitinin qorunub saxlanacağına əmin
olmaq, çünki kartlar saxtalaşdırmadan, kart
hesabı isə sanksiyasız əldə etmədən
etibarlı şəkildə qorunur.
- Nağd vəsaitin mübadiləsi zamanı yüksək
komisyon haqlarının tutulmasından azad olmaq və
beynəlxalq ödəmə sisteminin əlverişli
məzənnəsi ilə hesablaşmalar aparmaq.
- Telefon nömrəsi kartda göstərilən ISIC
Help Desk xüsusi yardım xidmətində kart sahibinə
gecə-gündüz xidmət göstərmək.
- ISIC-MAESTRO və ITIC-MAESTRO kartlarının sahiblərinin
istəyi ilə təqaüdləri, mükafatları,
kompensasiyaları və digər əlavə hesablamaları
"AZƏRİQAZBANK"da XKH-na (Xüsusi Kart Hesabı)
köçürmək olar.
Tarif şərtləri
Kartın açılması üçün lazım
olan sənədlər: - Ərizə
- Pasportun surəti
- Tələbə biletinin surəti
- Fotoşəklin yerində çəkilməsi
|