|
AGBANK TƏRƏFİNDƏN
İPOTEKA KREDİTLƏŞDİRMƏSİ
Əgər siz mənzil almaq və ya yaşayış
şəraitinizi yaxşılaşdırmaq istəyirsinizsə,
AGBank bu imkanı sizə təqdim etmək iqtidarındadır.
İndi artıq siz ipoteka kreditini Azərbaycanın ən
iri banklarından birində ala bilərsiniz.
İpoteka nədir?
İpoteka, daşınmaz əmlak girov qoyulmaqla, mənzil
almaq üçün verilən uzunmüddətli kredit deməkdir.
İpoteka mənzilin dəyərinin yalnız bir hissəsini
qabaqcadan və qalan məbləği isə bir neçə
il ərzində tədricən ödəməklə mənzil
almaq imkanı yaradır. AGBankın ipoteka kreditləşdirməsi
proqramı şəxsi əmlak əldə etmək arzusunu
həyata keçirməkdə insanlara kömək etməyə
yönəldilmişdir. Biz mənzil probleminin və ya
daşınmaz əmlaka sərmayənin faydalı qoyuluşunun
sadə və asan həlli yolunu təklif edirik.
Standart ipoteka kreditləşdirməsinin
şərtləri
- Faiz dərəcəsi – 7% illik
- Kreditləşdirmənin müddəti – 3 ildən
25 ilədək
- Maksimum məbləğ – 50 000 manat
- İlkin ödəniş – evin (mənzilin) dəyərinin
15 faizi
- Aylıq ödəniş – aylıq gəlirin 70%-dək
- Yaş həddi: kişilər üçün – 62 yaşadək,
qadınlar üçün – 57 yaşadək
Güzəştli ipoteka kreditləşdirməsinin
şərtləri
- Faiz dərəcəsi – 4% illik
- Kreditləşdirmənin müddəti – 3 ildən
30 ilədək
- Maksimum məbləğ – 35 000 manat
- İlkin ödəniş – evin (mənzilin) dəyərinin
15 faizi
- Aylıq ödəniş – aylıq gəlirin 70%-dək
- Güzəştli kateqoriyaya dövlət qulluğunda
çalışan gənc ailələr, həmçinin
hərbi qulluqçular, idmançılar, elmlər namizədləri,
məcburi köçkünlər daxildir.
Bizim üstünlüklərimiz:
- Ərizəyə baxılma müddəti – tam sənədlər
paketi təqdim olunan andan 7 iş günü ərzində;
- Kredit almaq üçün ərizəyə baxılarkən
komissiyanın tutulmaması;
- Ər-arvadın hər ikisinin gəlirlərinin, eləcə
də əlavə gəlirlərin nəzərə alınması.
Alınan daşınmaz əmlakın yerləşdiyi
regionda qeydiyyatda olmağın tələb olunmaması;
- İpoteka krediti sazişinin bütün mərhələlərində
bankın mütəxəssisləri tərəfindən
ixtisaslı kömək göstərilməsi.
|