|
AZƏRBAYCAN ƏMANƏTLƏRIN SIĞORTALANMASI
FONDU HAQQINDA MƏLUMAT
Azərbaycan Əmanətlərin Sığortalanması
Fondu Haqqında məlumat Əmanətlərin Sığortalanması
Fondu haqqında qanun 09 fevral 2007-cı il tarixində Azərbaycan
Respublikası Prezidentinin fərmanı ilə təsdiqlənib
və 11 fevral 2007-ci ildə qanun qüvvəyə minib.
Fond 11 avqust 2007-ci il tarixindən fəaliyyətə başlayıb.
Fondun yaradılmasında məqsəd nədir?
- Banklar və xarici bankların yerli filialları ödəmə
qabiliyyətini itirdikdə fiziki şəxslərdən
əmanətə qəbul olunmuş pul vəsaitinin itirilməsi
riskinin qarşısını almaq;
- Maliyyə və bank sisteminin sabitliyini və inkişafinı
təmin etmək.
Fondunun əsas fəaliyyəti nədir?
- İştirakçı banklardan əmanətlərin
sığortalanması üçün təqvim haqlarını
toplayır
- Qanuna uyğun olaraq qoyulan pulların təhlükəsizliyini
təmin edir
- Bankda sığorta hadisəsi baş verdikdə sığortalanmış
əmanətlərin əmanətçilərə ödənilməsini
təmin edir
Hansı banklar Fondun üzvüdürlər ?
- Fiziki şəxslərin əmanətlərinin cəlb
edilməsi üçün bank lisenziyasına malik olan
bütün banklar və xarici bankların yerli filialları
Fondun məcburi iştirakçısıdır;
- Xarici bankların yerli filialları, əsas bankın
yerləşdiyi ölkədəki əmanətlərin
sığortalanması sisteminin qaydaları Azərbaycanda
Əmanətlərin Sığortalanması Fondunun şərtlərindən
üstün deyilsə.
Banklar müştəriləri yazılı formada məlumatlandırmaq
üçün hansı tədbirlər görməlidirlər?
- Fond tərəfindən Banka fondun iştirakçısı
olmasını təsdiqləyən şəhadətnamə
əmanətçilərin görə biləcəyi
yerlərdə asılmalıdır;
- Əmanətlərin sığortalanması şərtlərini
göstərməli;
- Kompensasiyaların ödənilməsi şərtləri
barədə məlumat göstərməli.
Sığortalanmış əmanət nədir?
Qorunan əmanətçinin qorunan əmanətinin Fond tərəfindən
kompensasiya ödənilən hissəsidir.
Müvafiq olaraq:
01 yanvar 2008-ci ilədək- əmanətin məbləğinin
100 faizi, lakin 4 (dörd) min manatdan çox olmayaraq
01 yanvar 2010-cu ilədək - əmanətin məbləğinin
100 faizi, lakin 6 (altı) min manatdan çox olmayaraq
01 yanvar 2010-cu ilədək - əmanətin məbləğinin
100 faizi, lakin 8 (səkkiz) min manatdan çox olmayaraq
Hansı əmanətlər qorunan əmanətlərə
aid deyil?
- Adsız deposit sertifikatları;
- Yerli bankların ölkə ərazisindən kənarda
açılmış bölmələri tərəfindən
cəlb olunmuş əmanətlər;
- Qeyri –qanuni yolla əldə edilmiş pul vəsaitləri;
- Cinayət törədilməsi nəticəsində
əldə edilmiş əmanətlər
- Üzərində həbs qoyulmuş əmanətlər;
- Cəlb edildiyi günə Azərbaycan Respublikası
Milli Bankının uçot dərəcəsinin 1,8 mislindən
yuxarı illik faiz dərəcəsi ilə qəbul edilmiş
əmanətlər;
- Fiziki şəxslərin sahibkarlıq fəaliyyəti
ilə əlaqədar açdığı bank hesablarındakı
pul vəsaitləri
- Fiziki şəxsin bankın vəkalətli idarəetməsində
olan pul vəsaitləri;
- Ödəniş müddətlərinin başa çatıb
–çatmamasından aslı olmayaraq əmanətçinin
banka olan borcunun əsas məbləği və faizləri
həcmində əmanət;
- Bank qarşısında öhdəliklərin təminatı
olan əmanətlər
- Bankla çox yaxın əlaqəsi olan şəxslər
(bank direktorları, İdarə Heyəti və Müşahidə
Şurasının üzvləri, Audit Komitəsi, bank
səhmdarları)
Əmanətçi bankla əmanət qoyduqda müqavilədə
hansı əsas məqamlara fikir verməlidir?
- Əmanət müqaviləsində bankın Əmanətlərin
Sığortalanması fonduna üzv olmasını təsdiqləyən
«Şəhadətnamə»nin, reyestirə daxil olma nömrəsi
və tarixi;
- Fond tərəfindən sığortalanan əmanətin
miqdarı;
- Kompensasiyanın ökənilmə şərtləri;
- Əmanətlərin Sığortalanması Fondunun
hüquqi ünvanı və əlaqə telefonları;
- Fondun fəaliyyəti ilə bağlı Kütləvi
informasiya vasitələri orqanlarının adları.
Sığorta hadisəsi nədir?
İştirakçı bankın məcburi ləğv
edilməsi və ya müflis elan olunması, yaxud qanunvericiliyə
müvafiq olaraq əmanətlər üzrə öhdəliklərin
yerinə yetirilməsinə moratorium tətbiq edilməsi
barədə məhkəmə qərarlarının qüvvəyə
minməsi və bankın əmanətçilər qarşısında
öz öhdəliklərini qanun və ya müqavilə
şərtlərinə uyğun yerinə yetirə bilməməsi
faktının Milli Bank tərəfindən təsdiq edilməsidir.
Sığorta hadisəsi baş verdikdə hansı
valyutalarda kompensasiya ödənilir?
Sığorta hadisəsi baş verdikdə Əmanətlərin
Sığortalanması Fondu tərəfindən Manatla,
ABŞ dolları və AVRO-da qoyulan vəsaitlərə,
həmin valyutalarda, digər valyutalarda olan əmanətlər
sığorta hadisəsi baş verən günə Milli
Bankın rəsmi məzənnəsinə əsasən
çarpaz məzənnə ilə hesbıanır ABŞ
dolları və ya AVRO-da Fond tərəfindən kompessasiya
ödənilir.
Əmanətçiyə ödənilən kompensasiyanın
məbləği nə qədərdir?
01 yanvar 2008-ci ilədək- əmanətin məbləğinin
100 faizi, lakin 4 (dörd) min manatdan çox olmayaraq
01 yanvar 2010-cu ilədək - əmanətin məbləğinin
100 faizi, lakin 6 (altı) min manatdan çox olmayaraq
01 yanvar 2010-cu ilədək - əmanətin məbləğinin
100 faizi, lakin 8 (səkkiz) min manatdan çox olmayaraq
Bankda Sığorta hadisəsi baş verdikdə əmanətçi
bu məlumatı haradan almalı?
- Fondun üzvü olan bankda siğorta hadisəsi baş
verdikdə, Milli Bank Fonda bildiriş göndərir.
- Fond bildiriş aldıqdan sonra 7 gün ərzində
aşağıdakı Kütləvi informasiya vasitələri
orqanlarında kompensasiyaların ödənilməsi yeri
və vaxtı haqqında elan verir və bildiriş dərc
etdirir: 1. AzTV 2. İctimai TV
- Azərbaycan qəzeti
- Respublika qəzeti
- Xalq qəzeti
- Azərtac informasiya agentliyi
- APA informasiya agentliyi
Kompensasiyanı almaq üçün əmanətçilər
nə etməlidirlər?
Kompensasiyanı almaq üçün əmanətçi
yazılı ərizə ilə Fonda müraciət etməlidir,
ərizəyə o cümlədən aşağıdakı
sınıdlər əlavə olunmalıdır:
- Əmanət müqaviləsi;
- əmanət kitabçası;
- yaxud qanunvericiliyə uyğun olaraq əmanəti təsdiqləyən
digər sənəd;
- şəxsiyyətini təsdiq edən sənəd.
Kompensasiyalar hansı müddətə, harada və
nə vaxt ödənilir?
- Müflis olmuş bankın əmanətçisi elan
bildiriş dərc edildiyi gündən bir il müddətində
Fonda ərizə ilə müraciət edə bilər.
- Ərizənin verildiyi tarixdən etibarən 90 gün
müddətində Fond tərəfindən əmanətçiyə
kompensasiya ödənməlidir.
- Bütün hallarda əmanətçinin kompensasiya almaq
hüququ Fondun kompensasiyaların ödənilməsi
haqqında bildirişi ilk dəfə dərc etdiyi gündən
başlayaraq beş il müddətində saxlanılır.
Sığorta haqlarını kim ödəməlidir?
- Sığorta haqlarını Əmanətçilər
deyil, yalnız banklar ödəməlidirlər.
- Əmanətçilər əmanətlərinin sığortalanması
üçün heç bir ödəniş etmirlər.
Əmanətçilər əlavə məlumatı
haradan əldə edə bilər?
Yuxarıda göstərilən məlumatlar əmanətlərin
sığortalanması sistemini tam surətdə əks
etdirmədiyi üçün əmanətçilər hər
hansı bir sualla və ya əlavə məlumat üçün
aşağıdakı ünvana müraciət və ya
zəng vura bilərlər.
Əmanətlərin Sığortalanması Fondu
AZ 1001.Azərbaycan, Bakı
Akademik Həsən Abdullayev 11
Əlaqə telefonları: (+99412) 437 30 34; 437 30 35; 437 30
36
Faks: (+99412) 437 30 38
Email:
Internet:
|