|
IAPA SƏYAHƏTÇİSİNİN
DİSKONT KARTI
Beynəlxalq
Aviaxətt Sərnişinləri Assosiasiyası (IAPA)
təxminən 35 il bundan əvvəl tez-tez səyahət
edən sərnişinlərin hüquqlarının
müdafiə olunması və təhlükəsiz,
qənaətli və rahat avia sənayesinin inkişaf etdirilməsi
üçün yaradılmışdır.
Biznesmen-səyahətçilər Assosiasiyası dünyada
ən iri assosiasiya sayılır. Fəaliyyətinin ilk
dövrlərində təşkilatın qərargahı
Nyu-Yorkda yerləşir və Airways Club adı ilə
məşhur idi. İnkişafının ilk mərhələsində
Assosiasiyanın fəaliyyəti, əsasən, ABŞ
ərazisində xidmətlərin təqdim olunmasına
yönəldilmişdi. 70-ci illərin ortalarında klub
öz ofisini Dallasa köçürmüş və
üzvlərinin sayı artmışdır. İndi
Latın Amerikasının və Kanadanın vətəndaşları
da ona üzv ola bilərlər.
80-ci illərin başlaması və iqtisadiyyatın
səviyyəsinin xeyli artması nəticəsində
aydın oldu ki, bütün dünyada IAPA üzvləri
xidmət və imtiyazlara ehtiyac duyacaqlar. Əməli şəkildə
Londonda və Honkonqda ofislər açıldı, eləcə
də klubun adı dəyişdirildi. İndi Beynəlxalq
Aviaxətt Sərnişinləri Assosiasiyası (IAPA)
adlanır. Bu ad Assosiasiyanın fəaliyyətinin məzmununu
daha dolğun əks etdirir.
90-cı illərin əvvəllərində keçmiş
SSRİ vətəndaşları Beynəlxalq Aviaxətt
Sərnişinləri Assosiasiyasının güzəşt
və imtiyazlarından istifadə etmək imkanı qazandılar.
Hazırda Assosiasiyanın dünyanın 200-dən çox
ölkəsində təxminən 500 000 üzvü
vardır.
AGBank VIP müştərilərinə diskont IAPA Assosiasiyasının
tam hüquqlu üzvü olmaq üçün nadir
imkan yaradır.
AGBank VIP müştərilərinə nüfuzlu beynəlxalq
IAPA plastik kartlarını təqdim edir. Bankda diskont kartlarını
əldə etməklə Siz, aralarında dünyanın
qabaqcıl siyasətçiləri və biznesmenləri
olan 500 000-dən çox üzvü ilə yanaşı,
avtomatik olaraq IAPA beynəlxalq Assosiasiyasının üzvü
olursunuz, Sizə dünyanın istənilən nöqtəsində
yüksək səviyyəli xidmət göstəriləcəkdir.
Güzəşt və üstünlüklər
35 il ərzində IAPA qarşısında qoyulmuş
məqsəd səyahət zamanı öz müştəriləri
üçün təhlükəsizlik, rahatlıq yaratmaqdan,
onları artıq əziyyət və narahatlıqlardan
mühafizə etməkdən ibarətdir. IAPA üzv
olmaqla Siz aşağıdakı imtiyazlara malik olacaqsınız:
1. Mehmanxanalarda 50 faizədək güzəştlər
Dünyanın 5 000-dən çox ən yaxşı
mehmanxanalarında Sizə güzəştli qiymətlərlə
tam xidmətlər dəsti təqdim olunacaqdır. Bu
nüfuzlu mehmanxanalar şəbəkəsinə daxil
olan mehmanxanalarda yaşamaq üçün hesab ödənilərkən
Sizə 50% güzəşt ediləcəkdir:
- ITT Sheraton
- Westin
- Radisson
- Holiday Inn
- Inter-Continental
- Hyatt
- Forum
- Hilton International
- Kempinski
- Leading Hotels of the World
- Mandarin Oriental
- Mariott
- Meridien
- Golden Tulip
- Ramada
- Supranational
- Best Western
- Pan Pacific & Resorts
2. Avtomobil kirayəsi şirkətlərində
30 faizədək güzəşt
IAPA Assosiasiyası Sizə avtomobillərin güzəştlə
icarəyə verilməsi üzrə dünyanın
ən yaxşı proqramlarından birini təqdim edir.
Siz aşağıdakı firmaların xidmətlərindən
istifadə edə bilərsiniz:
- Avis
- Hertz
- National/Tilden/Nippon
- Europcar
3. IAPA ofisləri vasitəsilə mehmanxanada nömrə,
avtomobil və aviabiletlərin bronlaşdırılması
imkanı
Siz IAPA Güzəştlər məlumat kitabından
istifadə etməklə özünüz, ailə
üzvləriniz və yol yoldaşlarınız üçün
"Səyahətlər xidməti" vasitəsilə (Free
Hotel and Úar Rental Reservations) mehmanxanalarda nömrə,
avtomobil və aviabiletləri pulsuz bronlaşdıra
bilərsiniz. Bu halda Siz müəyyən qədər
mil yığıb saxlayırsınız və
sonradan bunu pulsuz uçuş ilə əvəz edə
bilərsiniz. Sadəcə olaraq zənginiz kifayətdir
və "Səyahətlər xidməti" hər şeyin
qayğısına qalacaqdır.
4. Tayı-bərabəri olmayan Bag-Guard baqac axtarışı
sistemi
Baqacın itirilməsi Sizin bütün planlarınızı
poza bilər. Məhz buna görə IAPA baqacın xarici
ölkələrin beynəlxalq hava limanları zonasında
itirilməsi hallarının 95 faizində onun 48 saat
ərzində axtarılıb tapılması üzrə
xüsusi sistem işləyib hazırlamışdır.
Səfəriniz zamanı Sizə xoşagəlməz
müraciətlərlə yanaşmaların qarşısının
alınması məqsədilə baqacınıza
bərkidilən bizim Bag-Guard ceton və etiketlərimizdə
Sizin yalnız adınız, üzvlük nömrəniz
və aviaşirkətlər üçün xüsusi
əlaqə kodunuz göstərilir. Əgər Siz baqacınızı
itirmisinizsə, yaxınlıqdakı IAPA ofisinə
telefonla zəng edin və ya faks, yaxud elektron poçtu
vasitəsilə məlumat verin və baqacınızın
axtarışına dərhal başlanılacaqdır.
Belə müdafiə Sizin açarlarınız (Key-Guard)
və aviabiletləriniz (Ticket-Guard) üçün
də nəzərdə tutulmuşdur.
5. Beynəlxalq Biznes-mərkəzlər
IAPA üzvləri dünyanın ən iri şəhərlərində
əlverişli şəkildə yerləşdirilmiş
Biznes-mərkəzlərdə xüsusi güzəştlərdən
istifadə edirlər.
IAPA ofisləri
Müxtəlif növ yardım göstərilməsi
məsələləri üzrə Siz IAPA əməkdaşları
ilə əlaqə saxlaya bilərsiniz. Bizim ofislərimiz
Böyük Britaniya, ABŞ, Portuqaliya, Honkonq və Rusiyada
yerləşir.
Güzəşt zəmanətləri
Əgər Siz Məlumat kitabında şərh olunan
nömrələrin bronlaşdırılması və/və
ya qeydiyyat proseduraları üzrə qaydalara dəqiq
riayət edərsinizsə, mehmanxanalar və avtomobillərin
icarəsi haqqında IAPA-nın Güzəştlər
məlumat kitabında göstərilmiş bütün
güzəştlərə Assosiasiya tərəfindən
tam zəmanət veriləcəkdir.
AGBank müştərisi üçün paketə aşağıdakılar
daxildir:
- Açarları itirməmək üçün breloklar
(hər müştəri üçün 3 ədəd)
- Baqacı itirməmək üçün breloklar
(hər müştəri üçün 2 ədəd)
- IAPA diskont kartları (hər müştəri üçün
1 ədəd)
- Breloklar üçün balaca qayış
- "DİRECTORY" məlumat kitabı
- IAPA vasitəsilə mehmanxanalarda nömrələrin
bronlaşdırılması üçün faks
blankı forması
Diskont Kkrtı MasterÚard GOLD plastik kart sahiblərinə
qüvvəyə mindiyi andan 1 il müddətinə təqdim
olunur.
|