|
AGBank "McDonald's"a SUPER OYUNA
DƏVƏT EDİR
AGBank
yaranmış ənənələr çərçivəsində
doğma şəhərə yenidən irimiqyaslı
xeyriyyə tədbiri təqdim edir. Bankla "McDonald's" restoranı
arasında yaranmış mehriban və dostluq münasibətləri,
eləúə də hər iki təşkilatın şəhərimizin
ən kiçik sakinləri və qonaqları üçün
mümkün dərəúədə tez-tez şənliklər
təşkil etmək istəyi müştərək
layihənin işlənib hazırlanmasına səbəb
olmuşdur. Bu dəfə tədbir yeni dərs və iş
ilinin əvvəlinə uyğunlaşdırılmışdır.
Bundan başqa, şənlik noyabr təntənələri
- AGBankın 10-illik yubileyi ərəfəsində
keçiriləcək.
Avropanın 14 ölkəsində təxminən 1000 "McDonald's"
restoranında 2002-ci ilin sentyabr ayının 1-dən
oktyabr ayının 15-dək "SUPER SKRATCH" adı altında
çox əyləncəli oyuna başlanması elan edilmişdir.
Restorana gələnlərin hər birinə istənilən
sendviçlə yanaşı, "FrençFrayz" böyük
kartof porsiyası və bir böyük stakan istənilən
sərinləşdirici içki və avtomatik olaraq "SUPER
SKRATCH" lotereyasının iştirakçısı
olmaq təklif olunur. Pulsuz lotereya bileti aldıqdan sonra
restorana gələnlərin hər biri "McDonald's" restoranının
minlərlə pulsuz mükafatının sahibi olmaq imkanı
əldə etmiş olur. Lakin ən baş mükafat
- AGBank-dan super mükafat - iki ədəd "OKA"
avtomobilidir.
Tədbir oktyabrın 15-dək keçiriləcəkdir.
Şəhərimizin sakinlərinin artıq müşahidə
etdiyi kimi, Azərbaycanın tanınmış şirkətləri
ilə birlikdə "McDonald's" restoranında uşaqlar üsün
müştərək irimiqyaslı xeyriyyə tədbirlərinin
və reklam kampaniyalarının keçirilməsi, dünyanın
bütün ölkələrində olduğu kimi,
xoş ənənəyə çevrilmişdir.
|