|
AGBank Və McDonald's
TƏRƏFİNDƏN BİRGƏ XEYRİYYƏ TƏDBİRİ
2002-ci ilin iyun ayının 1-də AGBank
və McDonald's tərəfindən birgə xeyriyyə
tədbiri keçiriləcəkdir. Hər iki təşkilat
uşaq xeyriyyəçiliyində fəal iştirak edəcəkdir.
Lakin bu gün tədbirə xüsusi əhəmiyyət
verilir. Uşaqların beynəlxalq müdafiəsi günündə,
bütün mütərəqqi bəşəriyyətin
diqqətinin uşaqların hüquqlarının müdafiəsi,
uşaqlığın qorunması probleminə yönəldildiyi
bir zamanda, bizim cəmiyyətə xatırlatmaq imkanınız
vardır ki, uşaqların hüquqlarının
pozulması problemi mövcuddur, Planetdə yaşayan
uşaqların heç də hamısı firavan, xoşbəxt
uşaqlığa malik deyildir və bu cəmiyyətin
hər bir vicdanlı üzvü bu ədalətsizliyin
qarşısının alınması üçün
əlindən gələni etməlidir.
Təşkilatların imkanları qeyri-məhdud deyildir,
lakin rəhbərlərin 300 yetim və əlil uşaq
üçün bayram təşkil etmək təşəbbüsü
qəti idi. Onlarıın bəziləri üçün
bayram restoranın özündə keçiriləcək,
digərləri - Saray qəsəbəsində yerləşən
uşaq edindəki əlil uşaqlar üçün
bayram şənliyi özü qonaq gələcəkdir.
Rəhbərliyin tədbirdə şəxsən iştirakı,
yəni mətbəxdə, xidmətdə, uşaqlarla
iş planlaşdırılmışdır. Uşaq
evlərindən 150 uşaq restorana gətiriləcək
və dadlı sandviçlərdən, şirələrdən,
qızardılmış kartofdan və ən başlıcası,
oyuncaqlardan ibarət olan uşaq menyusuna qonaq ediləcəkdir.
Tədbirin səyyar hissəsində Saray qəsəbəsində
yerləşən uşaq evindəki 150 uşaq üçün
AGBank və McDonald's nümayəndələrinin
ərzaq və oyuncaqlar, bayraq və şarların gətirmələri
nəzərdə tutulmuşdur.
Biz səmimi qəlbdən inanırıq ki, uşaqların
həmin gün alacaqları sevinc və məmnuniyyət
uzun müddət onların yaddaşında qalacaq, bizim
hamımız üçün isə bu, uşaqların
çoxunun həyatının kədərli və narahat
keçməsi barədə yaxşı xəbərdarlıq
olacaqdır. Fəaliyyət göstərmək vaxtı
çatmışdır!
|