PLASTİK KARTLAR
Plastik kartlar və ya ödəmə kartları- ənənəvi
nağd pul vəsaitindən şəksiz üstünlük
təşkil edən ödəmə vəsaitinin müasir
növü - özünəməxsus "elektron pul"dur.
Hazırda dünyada plastik kartların müxtəlif
növləri mövcuddur, lakin onların fəaliyyət
sxemləri və prinsipləri faktiki olaraq eynidir. Fərq
onlar üzrə göstərilən xidmətlərin
ölçülərində və təqdim olunan imkanlardadır.
Biz plastik kartları nə üçün
əldə edirik?
- Təhlükəsizlik qaydalarına riayət etməklə
pul vəsaitini kartda saxlamaq əlverişli və təhlükəsizdir.
- Sizin ilk tələbinizlə Bank kart üzrə mədaxil
və xərclər haqqında ətraflı hesabat
verir.
- Plastik kartlar bütün dünyada milyonlarla ticarət
nöqtəsində qəbul olunur.
- Bütün dünyada yerləşən yüz
minlərlə bankomatın hansı birində olursa-olsun
nağd vəsait götürə bilərsiniz.
- İstəyinizə uyğun olaraq, pul yerli valyuta
ilə veriləcək və bu da səyahət zamanı
Sizi bir çox problemdən azad edəcəkdir.
- Sərhədi keçərkən kartdakı vəsait
üçün deklarasiya təqdim etməyə ehtiyac
yoxdur.
Beynəlxalq ödəmə sistemləri
Ödəmə kartlarının buraxılışı
və onlar üzrə xidmət dünyada müxtəlif
ödəmə sistemləri vasitəsilə əlaqələndirilir.
Visa International, MasterCard International ən iri beynəlxalq
ödəmə sistemləri sayılır.
Beynəlxalq plastik kartların təsnifatı
Kreditin təqdim edilməsi kimi amillərə əsasən
kartlar debet və kredit kartlarına bölünür.
Onlar üzrə təqdim olunan xidmətlər dəstindən
asılı olaraq onlar "elektron", "klassik", "qızıl"
və "platin" kartlarına bölünürlər.
- Elektron kartları (Cirrus - Maestro, VISA Elektron) - terminallardan
istifadə etməklə ödəmələr və
nağd vəsaitin bankomatlar vasitəsilə və terminallardan
istifadə etməklə alınması üçün
təyin olunmuşdur;
- Kredit kartlar (MasterCard Standard, Visa Classic) - onlara sahib
olanlara kartlar üzrə standart xidmətlər dəstini
təqdim edir - mehmanxanalarda ödəniş və sifariş
üçün, həmçinin avtomobillərin sifarişi
və icarə haqqının ödənişi üçün;
- Qızıl və platin kartları (Visa Platinum, Visa
Gold, MasterCard Gold, MasterCard Platinum) - standart xidmətlər
dəstindən əlavə, müxtəlif əlavə
xidmətlər təqdim edir.
Beynəlxalq plastik kartların növləri:
Xüsusi kart hesabına (XKH) sahib olanın kimliyindən
asılı olaraq plastik kartlar aşağıdakı
növlərə bölünür:
- Fərdi - bu növdən olan kartın istifadəçisi
Bankın istənilən potensial və real müştərisi
ola bilər.
- Korporativ - firma və təşkilatlar üçün
təyin olunmuş kart növüdür. Şirkət
bir korporativ hesab üzrə öz əməkdaşları
üçün bir neçə kart açmaq imkanı
əldə edir. Təşkilat hesab üzrə bank
qarşısında məsuliyyət daşıyır.
Korporativ kartlar .......... xərcləri və təsərrüfat
ehtiyacları üçün vəsaitin ayrılması
ilə əlaqədar problemlərin həll edilməsinə
imkan verir. Şirkət istədiyi vaxt hesabdan vəsaiti
çıxara və ya oraya əlavə vəsait qoya
bilər.
- Diskont - əsas təyinatı əmtəə və
xidmətlərin ödənilməsi zamanı, məsələn,
mehmanxanalarda, klublarda, restoranlarda, tibb müəssisələrində
nömrələr bronlaşdırılarkən, beynəlxalq
telefon şəbəkəsindən istifadə edərkən,
aviabiletlər alınarkən, avtomobillər icarəyə
götürülərkən və s. sahiblərinə
güzəştlər verilməsindən ibarətdir.
Azəriqazbankın plastik kartları "AZƏRİQAZBANK"
Səhmdar İnvestisiya Bankı 1997-ci ilin noyabr ayından
"Europay International" ən iri beynəlxalq sistemin həqiqi
üzvüdür.
"AZƏRİQAZBANK" aşağıdakı növlərdən
olan kartları Sizə təqdim edir:
- CIRRUS/MAESTRO
-
-
-
- VISA BUSINESS
|
MASTERCARD GOLD
|
MASTERCARD STANDARD
|
CIRRUS/MAESTRO
|
|
|
|
|
|
|
|
|
|
MASTERCARD PLATINUM
|
MASTERCARD EURO
|
MASTERCARD BUSINESS
|
|
|
|
|
|
|
|
|
|
MASTERCARD BUSINESS PREPAID
|
VISA-GOLD
|
VISA-CLASSIC
|
|
|
|
|
|
|
|
|
|
VISA-ELECTRON
|
VISA GIFT (HƏDİYYƏ) CARD
|
VISA BUSINESS
|
|
|
|
|
|
|
|
|
|
AGCLUB
|
IAPA
|
INSURANCE
|
|
|
|
|
| |
|
|
|
PRIORITY PASS
|
MASTERCARD VIRTUAL
|
ISIC-MAESTRO
|
|
|
|
|
| |
|
|
|
ITIC-MAESTRO
|
MAGELLAN
|
|
|
|
|
|
- "AZƏRİQAZBANK" Səhmdar İnvestisiya Bankı
tərəfindən təqdim edilən bütün kartlar
beynəlxalq kartlardır və dünyanın bütün
ölkələrində qəbul olunur.
- Xüsusi kart hesabı (XKH) ya manatla, ya ABŞ dolları,
ya da Euro ilə aparılır. Bu halda "AZƏRİQAZBANK"ın
istənilən plastik kartının sahibi xüsusi hesaba
manatla və ya valyuta ilə vəsait köçürə
bilər və həmin vəsait xüsusi kart hesabı
üzrə əməliyyatların aparılması
üçün Milli Bank tərəfindən müəyyənləşdirilmiş
onun üçün sərfəli olan məzənnəyə
əsasən dövriyyəyə buraxılır.
- "AZƏRİQAZBANK"ın plastik kartları rəsmiləşdirilərkən
sığorta depozitinin mövcudluğu (CIRRUS/MAESTRO
və VISA ELECTRON istisna olmaqla) və xüsusi kart hesabında
minimum haqqın olması vacibdir.
"AZƏRİQAZBANK"ın plastik kartlarının
əldə edilməsi qaydası
- Bank Azərbaycan Respublikasının 18 yaşına
çatmış, şəxsiyyət vəsiqəsi
olan fiziki şəxsləri - rezidentləri və yaxud
qeyri rezidentləri üçün kart rəsmiləşdirir.
- Əlavə (ailəvi) kartlar əsas kart sahibinin ərizəsinə
uyğun olaraq əsas kart hesabı üzrə buraxılır.
- Kartla birlikdə müştəri fərdi eyniləşdirmə
nömrəsi (PIN) olan bağlı zərf alır.
- Kartdan istifadə qaydaları və şərtləri
baş sazişə Əlavədə şərh olunur.
- Adına kart verilən fiziki şəxs şəxsiyyət
vəsiqəsini banka təqdim etməlidir.
Kart hesabının açılması və təklif
olunan plastik kartlardan hər hansı birinin (debit) alınması
üçün aşağıdakıları etmək
lazımdır:
- Bankın baş ofisinə və ya istənilən
filialına müraciət etmək;
- Plastik kartlardan istifadə qaydalarını diqqətlə
öyrənmək, tariflərlə və palstik kartın
verilməsi və xidmət şərtləri ilə
tanış olmaq;
- Aşağıdakı sənədləri təqdim
etmək:
- şəxsiyyət vəsiqəsi;
- Bankda müəyyən olunmuş nümunəyə
əsasən ərizəni doldurmaq.
MasterCard Gold və ya Standard plastik kartı üçün
kart hesabının açılması və kredit xəttinin
əldə edilməsindən ötrü aşağıdakıları
etmək lazımdır:
- Bankın baş ofisinə və ya istənilən
filialına müraciət etmək;
- Plastik kartlardan istifadə qaydalarını diqqətlə
öyrənmək, tariflərlə və palstik kartın
verilməsi və xidmət şərtləri ilə
tanış olmaq;
- Aşağıdakı sənədləri təqdim
etmək:
- şəxsiyyət vəsiqəsi; - kredit xəttinin
açılması üçün ərizə;
- kredit xəttinin təqdim edilməsi haqqında
tipik müqavilə;
- Bankda müəyyən olunmuş nümunəyə
əsasən ərizəni doldurmaq;
- Zəmanət məktubu və ya digər girov təminatı.
- Kart hesabının illik xidmətini və plastik kartın
öz dəyərini (Bankın müəyyən olunmuş
tariflərinə əsasən) ödəmək, eləcə
də hesablamaların aparılması üçün
lazım olan pul vəsaitini nağd və ya nağdsız
köçürmə yolu ilə ona əlavə etmək.
- Plastik kart rəsmiləşdirildiyi və pul vəsaitinin
kart hesabına köçürüldüyü
andan 2 gün ərzində təqdim olunur.
- Plastik kart alınarkən onun sahibi kartın arxa tərəfində
yerləşən xüsusi zolaqda öz imzasını
qoymalıdır.
- Kartla birlikdə içərisində bankomatdan və
ya elektron terminaldan istifadə edərkən lazım
olacaq fərdi eyniləşdirmə kodu (PIN-kod) olan zərf
verilir. PIN-kod kart sahibindən başqa heç kəsə
məlum olmamalıdır. İmkan dərəcəsində
PIN-kodu yadda saxlamaq və ya kartın özündən
kənarda saxlamaq lazımdır.
Plastik kartlarla hansı əməliyyatları həyata
keçirmək mümkündür?
- * Ölkə daxilində
və ölkədən kənarda əmtəə və
xidmətlərin ödənməsi, bu halda, aparılan
əməliyyata görə kart sahiblərindən heç
bir komisyon haqqı tutulmur.
- * Ölkə daxilində
və ondan kənarda bankomatlarda nağd pulun 24 saat ərzində
alınması.
- * Dünyanın istənilən
bankında istənilən valyuta ilə nağd pulun
alınması (cashadvance).
- İnternet beynəlxalq şəbəkəsində
əmtəə və xidmətlərin ödənməsi.
- Ölkə daxilində və ondan kənarda avtomobillərin
icarəyə götürülməsi.
- Dünyanın hər yerində mehmanxanalarda nömrələrin
bronlaşdırılması.
- * Arzu olunduğu hallarda
- aparılmış əməliyyatlar haqqında
çıxarışların əldə edilməsi.
- * Xarici ölkəyə
gedərkən kart hesabında olan vəsaitin deklarasiyadan
keçirilməməsi.
- * Kart hesabının təkcə
nağd deyil, həm də nağdsız köçürmələr
yolu ilə artırılması.
- * Ailə üzvlərinizin,
yaxın qohumlarınızın adına bir və
ya bir neçə əlavə kart rəsmiləşdirməklə
"ailə" hesabına malik olunması.
- * Vəsaitinizin qorunub saxlanmasına
əmin olmaq, belə ki, kartlar onların saxtalaşdırılmasından,
kart hesabı isə ondan sanksiyasız istifadə edilməsindən
etibarlı şəkildə mühafizə olunmuşdur.
- Nağd vəsaitin dəyişdirilməsi zamanı
yüksək komisyon yığımlarına yol verməmək
və beynəlxalq ödəmə sistemlərinin əlverişli
məzənnəsi üzrə hesablamalar aparmaq.
* Yuxarıda göstərilən
bəndlər CIRRUS/MAESTRO və VISA ELECTRON kartlarına
da aid edilir.
Kredit kartlar paketinin bir kartdan üstünlükləri
- Kredit kartlar paketini alarkən Siz bir kart əvəzinə
birincidən heç də az əhəmiyyətli olmayan
və istifadədə tamamilə müxtəlif olan
dörd kart (M/C və VISA iki ödəmə kartı,
Mbask sığorta kartı və AGClub diskont kartı)
əldə edirsiniz
- Azərbaycandan kənarda olduğunuz zaman yeganə
kartınızı itirdikdə və ya kartınız
korlandıqda, Siz öz bank hesabınız ilə
əlaqə yarada bilmirsiniz, lakin paketdə aldığınız
kartlardan birini itirdiyiniz halda, Siz itirilmiş kartı
bloklaşdıraraq ikinci kartdan istifadə etməklə
hesabda olan vəsaiti əldə edə bilərsiniz
- Bir kart əldə etdiyiniz halda (məsələn, M/C),
mağazada mal alarkən, yaxud bankomatdan nağd pul çıxararkən
POS terminalda və ya bankomatda yalnız VISA sisteminin (və
ya əksinə) kartlarının qəbul edilməsi
ilə bağlı problemlər meydana çıxa
bilər
- Nadir hallarda bir sistem ilə (M/C və ya VISA) müvəqqəti
əlaqə olmaya bilər, bu halda da Siz yuxarıda göstərilən
problemlərlə üzləşə bilərsiniz.
Kredit kartlar paketini aldıqda Siz belə problemlərlə
üzləşməyəcəksiniz, çünki
Sizin həm VISA və M/C kartlarınız var
- Kredit kartlar paketini əldə etdiyiniz halda, bank Sizi
bədbəxt hadisələrdən pulsuz olaraq sığortalayır
və on doqquz sığorta növü olan sığorta
paketini Sizə təqdim edir. Bu Sizin vaxtınıza
və pulunuza qənaət edəcəkdir. Sizin bir daha
sığorta şirkətinə müraciət etməyinizə,
əlavə pul xərcləməyinizə ehtiyac qalmayacaqdır,
çünki AGBank artıq bunu Sizin əvəzinizə
etmişdir
- Kredit kartlar paketini aldıqda, Sizə pulsuz diskont kart
verilir və onun vasitəsilə Siz mal alarkən və
ya xidmətlərə görə haqq ödəyərkən
güzəştlər əldə edə bilərsiniz.
İndi Sizin vahid diskont sisteminin çoxsaylı partnyorları
tərəfindən təqdim olunan güzəştlərlə
mal almaq, istirahət etmək, gəzmək, geyinmək,
səyahətə çıxmaq, öz sağlamlığınızın
və xarici görünüşünüzün
qayğısına qalmaq şansınız var
- M/C və VISA üzrə mükafatların hər
il oynanılması, kredit kartlar paketini əldə etdiyiniz
halda, hər iki sistemdə iştirak etmək və qiymətli
mükafatlar almaq imkanı verir
- Yalnız M/C və VISA iki kartına sahib olanlar təkcə
bir ödəmə kart sahiblərinə heç zaman
etibar ediləməyən ən sayılan və ən
bahalı markalı avtomobilləri icarəyə götürə
bilərlər .
Plastik kartdan necə istifadə etmək lazımdır:
Əmtəə və xidmətlər ödənilərkən
və ya nağd vəsait alınarkən:
- Plastik kart kassirə təqdim olunmalıdır
- Kassir ödəmə sistemləri avtorizasiya mərkəzinə
sorğu göndərməklə ödəmə
qabiliyyətini yoxlayır;
- Hesabda tələb olunan məbləğin olduğu
halda, kassir elektron POS-terminal vasitəsilə avtorizasiya
zamanı əməliyyatı təsdiq edən xüsusi
slip-qəbz və ya çek yazır.
- POS-terminal slipi və ya çeki imzalanmalıdır
- İmza kartın arxa tərəfində kart sahibinin
imzası ilə eyni olmalıdır;
- Alqı-satqı əməliyyatları zamanı
Sizin imzaladığınız sənədə,
xüsusilə, tarixə və məbləğə
diqqət yetirilməlidir;
- Slipin (çekin) bir nüsxəsi kassir tərəfindən
kart sahibinə verilməlidir;
- Təqdim olunmuş slip (çek) kart ilə aparılan
əməliyyatlar haqqında hesabat Bankda tutuşdurulanadək
bir ay ərzində saxlanmalıdır;
- Kart hesabının vəziyyəti və plastik
kartdan istifadə etməklə aparılan əməliyyatlar
haqqında ətraflı hesabat ayda bir dəfədən
tez olmayaraq, yaxud kart sahibinin ilk tələbi ilə
Bank tərəfindən ona təqdim olunur.
Ödəmə üçün plastik kartların
qəbul edilməsi
"AZƏRİQAZBANK"ın
plastik kartı MasterCard ödəmə sisteminə məxsus
olan ticarət-xidmət müəssisəsində, nağd
vəsaitin verilməsi məntəqəsində (NVM) ödəmə
üçün qəbul olunur. Bu, giriş qapısında,
kassanın şüşəsində və ya bankomatın
panelində onun əmtəə nişanı təsvir
olunan müvafiq etiketin köməyi ilə müəyyənləşdirilir.
Kart hesabını necə artırmaq olar
Kart sahibi kartdan vəsaiti xərcəldikcə hesabın
artırılmasına ehtiyac meydana çıxır.
İstənilən əlverişli anda Bankın müştərisi
öz kart hesabını həm istənilən kənar
bankdan nağdsız köçürmə yolu ilə
və həm də nağ vəsaitlə artıra bilər.
- Vəsaitin nağdsız köçürülməsi
üçün rekvizitlər plastik kartın verilməsi
və kart üzrə xidmətin göstərilməsi
müqaviləsində göstərilmişdir;
- Kart hesabına nağdsız köçürmə
ilə və ya nağd şəkildə daxil edilən
bütün vəsaitdən onların kassaya daxil olduğu
günün sabahısı istifadə oluna bilər
və ya köçürmə yolu ilə kart hesabına
daxil edilə bilər.
Plastik kart sahibi üçün yaddaş
- Sizin kartınızın fəaliyyət müddəti
onun üzərində göstərilmişdir və
göstərilən tarixin son gününədək
fəaliyyət göstərir.
- Kartın fəaliyyət müddətinin uzadılması
üçün Sizə əlverişli olan istənilən
vaxt bankımıza müraciət edin.
- Sizin xərcləriniz haqqında Bank çıxarışlarını
öz çeklərinizin surətləri ilə tutuşdurun.
- Unutmayın ki, limit artırıldığı
hallarda, bank tərəfindən cərimə tədbirləri
görüləcəkdir.
- Plastik kart Bankın mülkiyyətidir.
- Vaxtı başa çatdıqdan sonra kart sahibi onu
Banka qaytarmalı və ya müvafiq ərizə verməklə
yeni kartla əvəz etməlidir.
Təhlükəsizliyin təmin edilməsi tədbirləri
Plastik kartdan üçüncü tərəflərin
sanksiyasız istifadə etmələrinin qarşısının
alınması üçün aşağıdakıları
etmək lazımdır.
- Heç vaxt və heç kəsə öz PİN
kodunuzu bildirməyin. Onu nə kartı verən bank işçisi,
nə bankomata xidmət edən bank əməkdaşları,
nə də müstəntiq tələb edə bilər;
- PİN kodu heç vaxt kartın üzərində
yAZNayın;
- PİN kodu heç vaxt kartla birlikdə saxlamayın,
yaxşısı budur ki, onu əzbərləyin və
ümumiyyətlə yazılı şəkildə
saxlamayın;
- Kartı aldıqdan dərhal sonra onun arxa tərəfində
öz imza nümunənizi qoyun;
- Kartı heç vaxt başqasına verməyin. Lazım
gəldikdə, hesabınızda olan puldan qohumlarınızın
və yaxınlarınızın istifadə etmələri
üçün əlavə kart rəsmiləşdirmək
olar;
- Kartınızı, məsələn maşında,
restoranda stolun üstündə baxımsız qoymayın;
- Kart itirildiyi halda, 984376 və ya 984386 nömrəli
telefonlarla dərhal AzeriÚarda zəng edin. Kartı bloklaşdırmaq
üçün Siz öz kod sözünüzü
söyləməlisiniz;
- Ayda bir dəfədən gec olmayaraq kart hesabınızdakı
pul vəsaitinin hərəkətini yoxlayın. Öz
kartınızdan istifadə etdiyiniz səfərlərdən
sonra hesab üzrə əməliyyatlara xüsusi diqqət
yetirmək lazımdır.
Bankomatın yanında texniki təhlükəsizlik:
- Daxil edilən PİN kodu kənar şəxslərin
görməsinə imkan verməyin. Çox güman
ki, bundan sonra Siz kartın, daha sonra isə hesabınızdan
pulun itdiyini aşkar edəcəksiniz;
- PİN kodu daxil edərkən səhvə yol verməyin.
Üç uğursuz cəhddən sonra kartınız
bloklaşdırılır;
- Bankomatdan istifadə edərkən cəld olun, pulu aldıqdan
sonra kartı kardriderdə qoymayın, əks təqdirdə
kart bankomat tərəfindən təhlükəsizlik
məqsədilə tutulub saxlanılacaqdır;
- Bankomatın yanında heç kəsə, hətta
həmin adam bankın təhlükəsizlik xidməti
əməkdaşının və ya bankomata xidmət
edən əməkdaşın formasında olsa belə,
etibar etməyin;
- Bankomatdan aldığınız pulu gözqabağında
saxlamamağa çalışın. Pulu bankomatın
qarşısında saymağın mənası
yoxdur. Maşın səhv etmir və əgər səhv
edərsə, Sizə anlaşıqlı cavab verməyəcək,
lakin əldə tutulan pul bağlaması ətrafdakılara
pis nəticələr verə biləcək təsir
göstərə bilər.
Mağazada, restoranda kart vasitəsilə ödəniş
aparılarkən təhlükəsizlik texnikası:
- Öz kartınızdan pul kisəsi kimi istifadə
edin. Təsəvvür edin ki, hesablaşarkən pul
kisənizi təqdim edib, lazımi məbləğdə
pulun oradan götürülməsini xahiş edirsiniz.
Kartı heç vaxt gözləriniz görən sahədən
kənara buraxmayın. Bu Sizin pulunuzun başqaları
tərəfindən əldə edilməsinə şərait
yaradır;
- İmprinter vasitəsilə (POSterminalsız) ödəniş
zamanı heç vaxt üçdən artıq slip
imzalamayın. Slipin imzalanması - kart hesabınızdan
göstərilən məbləğin silinməsinə
razılıq deməkdir. İmzaladığınız
üç slipdən biri təşkilatda qalır,
biri həmin təşkilat tərəfindən banka
göndərilir və biri isə əməliyyatı
təsdiq edən sənəd kimi Sizdə qalır;
- Məbləğ göstərilməyən slipi heç
vaxt imzalamayın. Belə slipi imzalamaqla Siz hesabınızda
olan məbləğ həcmində pulun oradan silinməsinə
imkan verirsiniz;
- Slipi imzalayarkən bütün boş yerlərin
üstündən xətt çəkin. Bununla Siz kassiri
oraya əlavə nə isə yAZNaq həvəsindən
daşındıra və özünüzü
hesabınızdan artıq məbləğin silinməsi
təhlükəsindən qoruya bilərsiniz;
- Slip düzgün rəsmiləşdirilməzsə,
onun ləğv edilməsini tələb edin. Slip rəsmiləşdirildiyi
zaman səhvə yol verildiyi üçün Sizə
yeni slipin rəsmiləşdirilməsi təklif olunarsa,
səhv slipin ləğv edilməsini xahiş etməkdən
çəkinməyin. Əks təqdirdə hesabınızdan
ikiqat məbləğdə vəsait silə bilərlər.
İnternet şəbəkəsində kart vasitəsilə
ödəmə zamanı təhlükəsizlik texnikası:
- Haqqında heç bir məlumatınız olmayan
saytlarda özünüz və kartınız barədə
məlumat qoymamağa çalışın;
- İnformasiyası minimum olan saytın "ucuz" tərtibi,
saytın məzmunun biznes elanına uyğun gəlməməsi,
işləməyən qeyd və servislər, mağazanın
saytında kart məlumatlarının daxil edilməsi
Sizi sayıq olmağa çağırır. Vəsaiti
ödəməyə hazırlaşdığınız
təşkilatın harada yerləşməsini öyrənin.
Əgər ünvan yoxdursa və o Sizdə şübhə
doğurursa, vəsaiti ödəməzdən əvvəl
fikirləşin, bunu etməyə dəyərmi?
- Hesabında böyük məbləğ olan kartlardan
İnternet vasitəsilə ödəniş üçün
istifadə etməyin. Bu məqsədlər üçün
Azəriqazbankın VirtualÚard MasterÚard kartlarından
istifadə etmək daha uyğundur, çünki bu kartların
hesablarına pulu lazım gəldikdə yerləşdirmək
mümkündür;
- Pulun hesabdan qanunsuz olaraq silinməsi haqqında çüzi
şübhə yarandıqda, banka müraciət edin.
Müəyyən müddət və şərtlər
mövcuddursa, hesabınızdan pulun qanunsuz olaraq silinməsinə
qarşı iddia qaldırmaq imkanı yarana bilər.
Bu qaydalara riayət etmək Sizə Azəriqazbankın
plastik kartlarından istifadə etməkdən yalnız
həzz almağa imkan verəcəkdir. Kartla səhlənkar
rəftar etmək və yuxarıda göstərilən
müddəalara laqeyd münasibət bəsləmək
ilə əlaqədar xoşagəlməz hadisələrə
görə məsuliyyəti yalnız kart sahibi daşıyır.
Mastercard plastik kartını əldə edənlər
üçün xidmətlər paketi
MasterCard və Visa International plastik kartları rəsmiləşdirilərkən
"AZƏRİQAZBANK" müştərilərə Azərbaycandan
kənarda bədbəxt hadisələrdən və tibbi
xərclərdən risklərin 19 növünün
əvəzinin ödənilməsi üçün MasterCard
beynəlxalq sisteminin Gold və Standard plastik kart sahiblərinə
sığorta polisi.
|