|
AMERICAN EXPRESS ÇEKLƏRİNİN
ƏSAS ÜSTÜNLÜKLƏRİ
American Express çekləri nağd pulun ekvivalentidir,
lakin nağd puldan fərqli olaraq onları oğurlanmaqdan
və ya itirilmədən qoruyan xüsusi üstünlüklərə
malikdir. Buna görə onlardan nağd vəsaitin itirilməsi
riski böyük olan hallarda istifadə oluna bilər:
- Səfərdə (istər Azərbaycanda, istərsə
də xaricdə)
- Evdə ( yaxşı gizlədilməsinə baxmayaraq,
peşəkar oğru üçün mənzildə nağd
vəsaiti tapmaq heç bir çətinlik törətmir).

AMERICAN EXPRESS yol çekləri
(Səfərlər üçün nəzərdə tutlmuşdur)
İtirildikdə, oğurlandıqda və ya zədələndikdə
Sizin çeklərininz, adətən, American Express-ə
müraciət edildikdən sonra 24 saat ərzində bərpa
ediləcək. Belə ki, yad şəhərdə və
ya ölkədə pulsuz qalmaq qorxusu tamamilə istisna olunur.
Mal aldığınız zaman Siz çeklərin yuxarı
sol küncündə öz imzanızı qoyursunuz və
Sizin çekləriniz adlı olur. İmzaladığınız
çekdən yalnız Siz istifadə edə bilərsiniz.
Bu, American Express çeklərinin ödənilməsi üzrə
etibarlı sistemlə təmin edilir.
American Express yol çeklərinin fəaliyyət müddəti
məhdudiyyətsizdir. Bu səbəbdən istifadə
olunmamış çekləri gələn səfərlərə
saxlamaq olar.
AMERICAN EXPRESS çeklərindən istifadənin əlverişliyi
Çeklər bir çox maliyyə müəssisələrində
(Azərbaycan və MDB ölkələri daxil edilməklə),
eləcə də American Express-in bütün dünyadakı
nümayəndəliklərində, çox vaxt komissiyasız
(milli valyuta ilə) ödənilir. Konkret şəhər
və ya ölkə üzrə məlumatı American Express-in
qaynar xəttindən öyrənmək olar;
American Express çekləri dünyanın populyar valyutaları
(yol çekləri - 9 valyuta, Secure Funds çekləri - 2
valyuta) və müxtəlif nominallarla buraxılır;
American Express çekləri xarici ölkələrin bir
çox mehmanxanalarında, mağaza və restoranlarında
mal və xidmətlərə görə ödəniş
kimi qəbul edilir və qalıq nağd pulla komissiyasız
qaytarılır;
American Express çekləri vəsiyyətnamədə
göstərilməsələr belə, irsən alına
bilər.
|